Gürcüstan Prokurorluğu biznesmen Giorgi Ramişvilini qanunsuz olaraq odlu silah saxlamaqda ittiham edib.

"Unikal" xəbər verir ki, Prokurorluğun məlumatına görə, iyulun 6-da Tbilisi Beynəlxalq Hava Limanının yola salınma terminalında rentgen müayinəsi zamanı təqsirləndirilən şəxsin əl yükündən maqazin və 7 patronla birlikdə 9 mm çaplı “WALTHER PPK/S” markalı tapança aşkar edilib.

Prokurorluq Ramişvili barəsində həbs qətimkan tədbirinin seçilməsini tövsiyə edib. İş adamını 4 ildən 7 ilə qədər həbs gözləyir.