08.07.2025-ci il tarixində saat 00:10 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a bildirilib ki, ona döş qəfəsinin ön nahiyəsinin və sağ baldırın deşilmiş yarası diaqnozları təyin edilib.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
***
00:30
Gəncə sakini bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü R.Xəlilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Tural Əhmədov