İtaliyanın Berqamo hava limanı uçuş-enmə zolağında baş verən qəzada bir nəfərin ölümünə görə müvəqqəti olaraq bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Naməlum şəxs uçuş-enmə zolağından keçərək təyyarənin mühərrikinə yaxınlaşıb. Bu zaman o, mühərrikin içinə sovrulub.
İnsident təyyarənin parkinq zonasını tərk edərək havaya qalxmağa hazırlaşarkən manevr etdiyi vaxtda baş verib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ağarza Elçinoğlu