Gəncədə azyaşlını maşın vurub.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü N.Xəlilovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov