ABŞ prezidenti Donald Tramp çaşqın vəziyyətə düşüb.
"Unikal" xəbər evrir ki, Amerika lideri Liberiya prezidenti Cozef Boakaidən hər iki ölkədə rəsmi dil olan ingilis dilini haradan bu qədər yaxşı öyrəndiyini soruşub.
"Belə gözəl ingilis dili, Liberiyada bu qədər gözəl danışmağı haradan öyrənmisiniz? Bu masada demək olar ki, onunla danışa bilməyən insanlar var?", - Ağ Evin rəhbəri Boakaidən soruşub.
Afrika ölkəsində rəsmi dil ingilis dili olduğu üçün bu suala nə cavab verəcəyini bilməyən Liberiya lideri “Liberiyada” cavabını verib.