ABŞ prezidenti Donald Tramp rəsmi məktubda Şri-Lanka prezidenti Anura Kumara Dissanayakenin adını səhv yazıb.

"Unikal" xəbər verir ki, bu barədə Trampın sosial şəbəkədəki səhifəsində yazı yerləşdirilib. Amerika lideri 9 iyul tarixli məktubunda öz yazısında və Ağ Evin rəsmi blankında Anurun əvəzinə “Aruna” yazıb.

Səhv olan mətn dərhal silinib və siyasətçinin sosial media səhifəsində yenisi dərc olunub. 

Qeyd edək ki, ötən gün də Tramp Liberiyanın dövlət dilinin ingilis dili olduğunu bilməmişdi və bu, onda çaşqınlıq yaratmışdı. 

Gülayə Mecid