Yazıçı Dmitri Bikov Rusiya Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cinayət maddəsi ilə axtarışa verilib.

"Unikal" xəbər verir ki, bu  barədə TASS məlumat yayıb. 

Dmitri Bıkov Rusiya Yazıçılar Birliyinin üzvü, Milli Bestseller ədəbi mükafatının iki dəfə laureatıdır. O, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyanı tərk edərək ABŞ-yə gedib və 2022-ci ilin iyulunda xarici agentlərin reyestrinə daxil edilib.