Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşüb.

"Unikal" xəbər verir ki, görüş Yelisey sarayında baş tutub.

Paşinyan görüşün görüntülərini sosial şəbəkədəki səhifəsində yerləşdirib.

*** 17:14

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən Fransaya işgüzar səfərə gedib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Paşinyanın bu gün Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.

Ağarza Elçinoğlu