Səlim Müslümovun bəzi işçilərinə təhlükə
12:19 10-09-2013
CƏMİYYƏT
Səlim Müslümovun bəzi işçilərinə təhlükə
Hesablama Palatası DSMF-nin rayon şöbələrində yoxlamalara start verir
Hesablama Palatası (HP) bir sıra dövlət qurumlarında audit yoxlamalarının nəticələrini təsdiqləyib.
Palatanın mətbuat xidmətinin rəhbəri Nailə Qazıyevanın verdiyi məlumata görə, HP-nın Kollegiya iclasında Şirvan şəhəri Mərkəzi Rayon Xəstəxanasına və Şirvan şəhər mədəniyyət və turizm şöbəsinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, Sabirabad rayon mədəniyyət və turizm şöbəsinə, "Şirvan Regional Elektrik" MMC, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə dair nəzarət tədbirləri nəticələrinin Milli Məclisə təqdim edilməsi qərara alınıb.
Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami Telefon Qovşağı, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi, Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində audit yoxlamaları aparılıb. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, "Azəristiliktəchizat" ASC-yə və Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə dair audit proqramları təsdiq edilib.
Kənd Təsərrüfat Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hacıqabul Suvarma Sistemləri İdarəsi və Pirsaat Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəticələr Milli Məclisə təqdim olunub.
Məlumatdakı maraqlı məqamlardan biri Heydər Əsədovun rəhbərlik etdiyi qurumun Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Göyçay rayon şöbəsində audit həyata keçirilməsini təsdiqləməsidir. Bəzi ehtimallara görə, Hesablama Palatası qarşıdakı aylarda Səlim Müslümovun sədri olduğu fondun bir çox rayon şöbələrində yoxlamalar həyata keçirəcək. Bu isə həmin rayon şöbələri rəhbərlərini ciddi narahat edir.
Çünki DSMF-nin bir çox yerli şöbələrində dövlət vəsaitlərindən istifadə, korrupsiya halları ilə bağlı ciddi şübhələr var. Belə halların üstünün açılması isə Səlim Müslümovun xeyli işçisinin karyerasına xeyli təhlükə yarada bilər.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22