Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb?
11:28 11-09-2013
CƏMİYYƏT
Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb?
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri səfir Ceyms Uorlik dünən Bakıda mətbuat konfransı keçirib. Səfir konfransda regiona səfərinin məqsədini açıqlayıb. Cənab Uorlik bildirib ki, səfərin məqsədi Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır: "Artıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Münaqişənin Helsinki yekun aktına əsasən həllini tapması vacibdir. Münaqişəni həll etmək üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsini gözləyirəm".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun "Unikal"a bildirdiyinə görə, Dağlıq Qarabağ münaqişəsi MDB məkanında olan ən sadə, ən asan həll olunan münaqişədir. Sadəcə ATƏT-in Minsk qrupu həmsədrlərinin və ya güclü tərəflərin işğalçının müəyyən olunması istiqamətində siyasi iradəsi lazımdır".
Onun fikrincə, " Dağlıq Qarabağ münaqişəsi başlanandan erməni tərəfi arqumentlərini tez-tez dəyişmək məcburiyyətindədir. Bu, ermənilərin haqsızlığının, acizliyinin əlamətidir. Ermənilər Dağlıq Qarabağ münaqişəsinin başlanmasının düzgün vaxtını və şəraitini müəyyənləşdirə bilmirlər. Ermənilər Dağlıq Qarabağ münaqişəsinin başlanğıcını 1988-ci il fevralın 26-ı Sumqayıt hadisələrindən götürürlər. Sumqayıt hadisələrinə kimi isə çox şey olub. Ermənilər Qorbaçovun hakimiyyətə gəlməsindən sonra Moskvaya gedişlərini intensivləşdirib. Dağlıq Qarabağ məsələsini aktuallaşdırmışdılar. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan SSRİ iqtisadiyyatının xilası kimi Dağlıq Qarabağın Ermənistana birləşməsini təklif etmişdi. Fransanın "Humanite" qəzetində dərc olunmuş bu təklif keçmiş SSRİ-dəki milli və iqtisadi problemlərin bir-biri ilə əlaqələndirilməsi demək idi. Sumqayıt hadisələrinə kimi Quqark hadisələri baş vermişdi. 300 minə yaxın azərbaycanlı Ermənistan ərazisindən qovulmuşdu. Ən nəhayət, fevralın 20-də ermənilər ilk qan tökdülər. İki azərbaycanlı gənci Əsgəran rayonunda öldürdülər. Bunlar hamısı təsdiq olunmuş faktlardır".
Politoloqun sözlərinə görə, "Vaxtilə erməniər ABŞ-ı inandırmışdılar ki, Dağlıq Qarabağda ermənilərlə bahəm yəhudilər yaşayır və Azərbaycan həm erməniləri, həm də yəhudiləri qırır. O zaman yəhudi faktoru ən dəbdə olan məsələ idi. Hal-hazırda isə "müsəlman dövlətləri əhatəsində olan xristian dövləti" tezisindən istifadə edirlər. İndi ermənilər hətta Azərbaycan mənşəli "Dağlıq Qarabağ" terminindən qorxurlar. Çünki bu termin ermənilərin başdan-ayağa yalan danışdığını sübut edir. Ona görə "Dağlıq Qarabağ" terminini "Artsax" termini ilə əvəzləyirlər. Ermənilər yalan üzərində qurduqları arqumentlərini çarəsizlikdən tez-tez dəyişirlər. Bu onların güclü yox, gücsüz olduğunun nümayişidir. Lakin beynəlxalq aləmdə belə təsəvvür yaranır ki, Qarabağ münaqişəsi mürəkkəbdir və onu tənzimləmək olmaz. Dağlıq Qarabağ probleminin tənzimlənməsində ilk praktiki addım atılan kimi bu münaqişənin tənzimlənməsinin mürəkkəbliyini düşünənlər ciddi yanıldıqlarını görəcəklər. Əsas ilk praktiki addımın atılmasıdır".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının "Unikal"a söylədiyinə görə, "Əslində, cənab Uolrik Amerika prezidenti Obamanın prezident İlham Əliyevə məlum münaqişə ilə bağlı iki təklifini gətirib. Amma qeyd etməliyəm ki, bu təkliflər də kifayət qədər dumanlıdır və konkret ideya ortalığa qoymur. Bununla belə, ümumən hiss olunur ki, Amerika Rusiyanın Cənubi Qafqaz regionundakı nüfuz dairələrini məhdudlaşdırmaq niyyətindədir. Ola bilsin ki, bu tendensiya Suriya prosesləri ilə bağlıdır. Diqqəti çəkən başqa bir məqam isə bundan ibarətdir ki, Rusiyanın MDB gömrük birliyini Ermənistanın hesabına genişləndirmək cəhdi Qərbi razı salmır və Qərb dövlətləri bu cinahda da Rusiyanı sıxışdırmaq istəyir".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22