Elnur Aslanov: "Ermənistana təzyiqləri artırmaqda davam edəcəyik"
11:31 11-09-2013
CƏMİYYƏT
Elnur Aslanov: "Ermənistana təzyiqləri artırmaqda davam edəcəyik"
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan cəmi 1 ilə 7 pillə irəliləyərək "Qlobal Rəqabətlilik 2013-2014 hesabatı"nda 39-cu yerdə qərarlaşmasına mübasibət bildirərək deyib ki, bu mövqe dünyanın bir nömrəli iqtisadi Forumu tərəfindən Azərbaycana verilən qiymətdir.
Dünyanın iqtisadiyyat üzrə ən güclü analitiklərinin apardıqları ciddi araşdırmalar da Azərbaycanda neft gəlirlərinin insan kapitalına çevrilməsi prosesinin sürətləndiyini qeydə alıb. Hər şey müqayisədə bilinir. Baxın, İranda adambaşına düşən neft-qaz həcmi Azərbaycandan 2.5-3 dəfə, Qazaxıstanda 1.7 dəfə, Rusiyada isə 1.3 dəfə çoxdur, ancaq Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə hər 3 ölkəni geridə qoyub. Bu o deməkdir ki, neft-qaz resurslarından həmin ölkələrlə müqayisədə daha effektiv istifadə olunur. Hətta Cənubi Avropa ölkəsi olan İtaliyanı bu hesabata əsasən üstələyirik. Sözsüz ki, bu yüksək nəticə asanlıqla əldə olunmayıb, bunun arxasında son 10 ildə Azərbaycan iqtisadiyyatını 3 dəfə böyütməyə müvəffəq olan cənab Prezident İlham Əliyevin zəhməti, müstəqil iqtisadi siyasət kursu dayanır. Son 10 ildə əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi olub. Odur ki, hazırda Azərbaycanın neft və qazını beynəlxalq bazarlara çıxaran 7 neft-qaz boru kəməri mövcuddur. Bununla paralel qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsi öz sözünü deyir. Təkcə bu ilin 1-ci yarısında qeyri-neft sektoru təxminən 11 faiz artıb. Bu, dünya miqyasında nadir göstəricilərdən sayıla bilər. 2013-cü ilin 6 ayında ölkə iqtisadiyyatına yatırılan 12,6 milyard dollar sərmayənin 5 milyardı xarici sərmayə olub. Bu isə Azərbaycan xarici investorlar üçün cəlbedici, rəqabət qabiliyyətli ölkə kimi əhəmiyyətinin artdığını əyani nümayiş etdirir. Ümumiyyətlə, son 10 ildə Azərbaycan iqtisadiyyatına 138 milyard dollar investisiya qoyulub. Bunun nəticəsidir ki, əhalisinin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayan ölkə 10 il sonra - 2013-cü ildə yoxsulluq səviyyəsi 6 faiz təşkil edən dövlətə çevrilib. Təkcə bu ilin altı ayında ölkə əhalisinin pul gəlirləri 7 faizdən çox artıb. Buna baxmayaraq inflyasiya sabitdir. "Qlobal Rəqabətlilik 2013-2014 hesabatı" da göstərir ki, Azərbaycan inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir:-" Ən böyük hədəf Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Cənab prezident bunun üçün 2020-ci ilədək vaxt müəyyən edib. İndi ölkədə bilik iqtisadiyyatı qurulur. Aparılan bütün siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Növbəti 10 il ərzində qeyri-neft sektorunu 2 dəfə artırmaq planlaşdırılır. Təsəvvür edin, "Şahdəniz-2" və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaq. Biz qarşıdakı illərdə Azərbaycanın "Qlobal Rəqabətlilik hesabatı"nda yerinin daha da irəli gedəcəyini proqnozlaşdırırıq. Artıq bu tendensiya müşahidə olunur. Rəqabət qabiliyyətlilik reytinqində Azərbaycanın mövqeyi 2010-2011-ci illərdə 57-ci yer olduğu halda, ölkəmiz 2011-2012-ci illərdə 55-ci yerdə, 2012-2013-cü illərdə 46-cı yerdə və 2013-2014-cü illərdə isə 39-cu yerdə qərarlaşıb.
Bilirsiniz ki, hətta iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan iqtisadiyyatı artmaqda davam edib. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman da bu inkişaf dayanmayıb. Bundan əvvəl "Fitch", "Standard & Poors", "Moodys" kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini yaxşılaşdırıblar. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olub. Büdcə xərcləri təxminən 19 dəfə artıb. Cənubi Qafqazda ikinci bir dövlət yoxdur ki, Azərbaycanla rəqabətə girmək imkanında olsun". Həmçinin aydın olub ki, "Qlobal Rəqabətlilik 2013-2014 hesabatı"nda Ermənistanın bəzi Afrika ölkələrindən də geridə qalıb. Onun szölərinə görə Ermənistandakı vəziyyət hamıya aydındır. Bu gün biz gizlətmirik ki, işğalçı Ermənistanın bu ağır sosial-iqtisadi durumunun, regional layihələrdən təcrid olmasının səbəbkarı Azərbaycandır. İşğal davam etdikcə, İrəvan təcavüzkar siyasətdən əl çəkməyində biz Ermənistana təzyiqləri artırmaqda davam edəcəyik. Artıq heç kəs nəinki Ermənistanı, hətta bir çox bölgə ölkələrini Azərbaycanla müqayisə etmir, Ermənistanla Azərbaycanın inkişaf səviyyəsi heç bir müqayisəyə gəlmir. Hətta Ermənistanla Gürcüstanın birgə götürülmüş iqtisadi gücü Azərbaycanın təkcə qeyri-neft sektorunun cəmi 70 faizini təşkil edir. Bu gün Azərbaycan bölgənin nəinki coğrafi, siyasi, mədəni mərkəzidir, həm də Dünya İqtisadi Forumunun da qeyd etdiyi kimi, "iqtisadi ürəyi"dir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06