Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
"Unikal" Report-a istinadən xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya gətirilib.
3-4 saat sonra azyaşlı xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.