Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə güclənib.
Klubdan "Unikal"a bildirilib ki, gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.