"Rokun atası" hesab edilən və "Black Sabbath" qrupunun həmtəsisçisi Ozzi Osborn dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, musiqiçi 76 yaşında vəfat edib. 

Ozzi Osborn 2003-cü ildən parkinson xəstəliyindən əziyyət çəkirdi.

O, sonuncu dəfə "Back to the Beginning" adlı vida konsertini verib və onun son çıxışını dinləməyə 40 min tamaşaçı gəlib.