Son günlər deputat Əlibala Məhərrəmzadənin evində, obyektində iş görən ustaların əmək haqlarını ala bilməməsi ilə bağlı məlumatlar yayılıb.

"Unikal"  xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli deputatın özünə, ailəsinə məxsus bizneslə bağlı diqqət çəkən məlumatlar paylaşıb.

Müəllif Cavanşir Həsənli deputata və ailəinə məxsus biznesin siyahısı ilə bağlı aşağıdakı siyahını təqdim edib:

  1. “Shahdag Quba Truskavets Medical Sanatorium”
  2. “Shahdag Quba Truskavets VIP Sanatorium”
  3. “SHAH MEBEL” Şirkətlər Qrupu- İstehsal fabriki.
  4. “INTERNATIONAL LEASING COMPANY”- Avtomobillərin lizinqi.
  5. “CAPITAL LEASING”
  6. “RAHAT KREDİT”- Lombard şəbəkəsi (Bakı və İmişlidə 4 filialı fəaliyyət göstərir).
  7. “TRENDPAY”- elektron ödəmə sistemi.
  8. “CASPIAN AUDIT COMPANY”
  9. “Caspian Standart CO LLC”- Neft və qaz sənayesi üçün avadanlıqların alınması.
  10. “BAKI METAL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyət.
  11. “MARYAM FOUNDATION”
  12. “DIALOG FREIGHT LIMITED”- Azərbaycan-beynəlxalq dəniz yükdaşıma şirkəti

13.”DIALOG FREIGHT (UK) LIMITED” şirkəti-

Londondan idarə olunur, səhmlərin 75 faizi DIALOG FREIGHT LIMITED (Azərbaycan) şirkətinə məxsusdur.

  1. “AGROLAYN QROUP” MMC- Ötən il şirkətlə bağlı valyuta tənzimi qaydaları pozulub. Buna görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən protocol tərtib olunub. Yəni, ölkədən mal almaq adı ilə çxıarılan pulların qarşılığında nı mal alınıb, nə pullar geri qaytarılıb. 2021-ci 1 sentyabr və 17 dekabr tarixlərində Türkiyədən 200 ml-lik Sarıkız mineral suyu, meyvəli və sadə qazoz idxal edib.
  2. “UKRAYNA TICARƏT EVİ”
  3. “TACIKISTAN TICARƏT EVİ”
  4. “PARLA PHARMA”- Əczaçılıq şirkəti.
  5. “WORLD REAL ESTATE COMPANY”
  6. “A ƏND J HOLDİNQ” MMC (Nizamnamə kapitalı 20 510 540 manat)
  7. “GANTEK TEKNOLOJI BILISIM COZUMLERI” (Azərbaycan filialı)
  8. "ABŞERON TEKSTİL" MMC- Fabrik. Ötən il "Abşeron Tekstil" MMC-yə gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) inzibati xəta protokolu tərtib edilib.
  9. “WORLD TRUST COMPANY”- Tərcümə şirkəti.
  10. “SHAHDAG CİNEMA PRODUCTİON ” MMC
  11. “ŞAHDAĞ İDMAN KLUBU”
  12. “ŞAHDAĞ İÇ DIŞ TİCARET İTHALAT İHRACAT LİMİTED ŞİRKETİ” – Şirkət Türkiyədədir. 500.000 lirə nizamnamə kapitalı, qida məhsullarının topdansatışı ilə məşğuldur. 2021-ci il dekabrın 6-da Əlibala Məhərrəmzadə Türkiyə üzərindən bu şirkəti vasitəsilə digər şirkəti AGROLAYN QROUP MMC-yə ikinci əl paltaryuyan maşınları satıb.
  13. “BİSOU GÜZELLİK VE KOZMETİK SANAYİ TİCARET ANONİM ŞİRKETİ”. Türkiyədəki bu şirkət deputatın həyat yoldaşı Nərmin Məhərrəmzadənin adına 50.000 lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. (2022-ci ildə Türkiyə Səhiyyə Nazirliyinin Kozmetik Denetim Dairesi Başkanlığı tərəfindən aparılan analizlərin nəticələrinə görə saxta kosmetik vasitələrin dövriyyəsinə görə cərimə olunub).

Bacısı oğlu Fuad Babazadə İngiltərədə yaşayır. Ötən il onun Britaniyada iki mənzil kirayə çıxardığı haqqında elanlar var. Bunlardan biri Aberdeendə iki yataq otağı olan (Sir William Wallace Wynd, Old Aberdeen, Aberdeen AB2), digəri isə Londo da Dalling Road ünvanında yerləşən studiya tipli mənzildir.