Xaçmazda biçilmiş əkin sahələri yanır.

"Unikal" xəbər verir ki, Xaçmaz rayonunun Məmmədxanlı kəndi yaxınlarda güclü yanğın başlayıb.

Belə ki, 70 hektardan çox biçilmiş əkin sahələri yanıb. Hadisə yerinə FHN-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Asiman Qaraca