Xəbər verdiyimiz kimi, 24 yaşlı Ramazan Süleymanov Şabranda öz avtomobili ilə qəzaya düşərək ölüb.
"Unikal"ın əldə etdiyi məlumatına görə, qəzada həyatını itirən R.Süleymanov Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, mərhum Suqovuşan və Hadrut istiqamətindən döyüşlərdə iştirak edib. "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Anar Kəlbiyev