Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev iyulun 24-də videokonfrans rejimində keçirilən geniş kollegiya iclasında məlumat verib.
Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək ümumilikdə 400 nəfər bu terrorun qurbanı olub, onlardan 70-i həlak olub, 330-u müxtəlif dərəcəli bədən xəsarətləri alıb.