17-25 iyul tarixlərində Fransanın paytaxtı Parisdə 55-ci Beynəlxalq Fizika Olimpiadası (IPhO 2025) keçirilib.

"Unikal" xəbər verir ki, 80-dən çox ölkədən 1000-dən artıq iştirakçının qatıldığı nüfuzlu yarışda TDV Bakı Türk Liseyinin məzunu Selcan Süleymanlı əzmkarlıq nümayiş etdirərək bürünc medal qazanıb.

O, Beynəlxalq Fizika Olimpiadası tarixində ölkəmiz adına medal qazanan ilk qız iştirakçı kimi tarixə düşüb.

Ümumilikdə isə Azərbaycanı təmsil edən komanda olimpiadada 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici sertifikatla ölkəyə qayıdıb.