"Biz Azərbaycan tərəfində müəyyən narazılıqlar görürük, amma bizim tərəfimizdən də narazılıq var, çünki Azərbaycanda 13 Rusiya vətəndaşı həbs edilib". 

"Unikal" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. 

O, Azərbaycanda Rusiyanın mədəni tədbirlərinin ləğvi mövzusunu şərh edərkən qeyd edib ki, bu o qədər də vacib deyil: "Həbs olunanların çoxu bizimlə təsadüfən təmasda olub. Bütün bu məsələlər Azərbaycan tərəfi ilə müzakirə olunur. Burada səbirli və sakit olmaq lazımdır, çünki ümumilikdə biz Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdiririk və bu əlaqələr qorunub saxlanılır. Heç kim onların kəsilməsində maraqlı deyil". 

Ağarza Elçinoğlu