Azərbaycanın regionlarındakı hava limanları onların sürətli inkişafına imkan yaradacaq
10:32 12-09-2013
CƏMİYYƏT
Azərbaycanın regionlarındakı hava limanları onların sürətli inkişafına imkan yaradacaq
Azərbaycanda sayca altıncı olan hava limanı açılıb. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi açılış mərasimi Yevlax şəhərində baş tutub.
2004-cü ildə müasir standartlara cavab verən Naxçıvan Beynəlxalq Aeroportu istismara verilib. 2006-2011-ci ildə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələ aeroportları istismara verilib. Yaxın vaxtlarda isə Heydər Əliyev Hava limanının yeni Avtovağzal Kompleksi istismara veriləcək.
Azərbaycanın nəqliyyat sektoru ölkə iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridir. Sərnişin və yükdaşımalarının sürətləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının vacib prinsiplərindən biridir. Bundan əlavə, bu sahə yüksək texnologiyalar, insan resurslarının inkişafı ilə birgə qeyri-neft iqtisadiyyatının inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsi çərçivəsində əsas sahələrdən biridir.
Regionlarda aeroportların açılması Azərbaycanın turizm potensialının inkişafına da imkan yaradacaq.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Yevlax aeroportunun öz fəaliyyətini bərpa etməsi əlamətdar hadisədir və bu bizim ölkəmizin inkişafını, gücünü göstərir. Bu öz vaxtında yaradılan infrastruktur obyektlərinin bu gün yenidən qurulması, bərpası və daha müasir sima almasını nümayiş etdirir".
Ölkə başçısı bildirib ki, yeni hava limanı Azərbaycanın nəqliyyat infrastrukturunun qurulmasında böyük rol oynayacaq.
Sovet dövründə balaca təyyarələr üçün nəzərdə tutulan Yevlax Aeroportu yenidənqurma işlərindən sonra istənilən növdə təyyarəni qəbul edə bilər.
Asiya və Avropa, Şimalla Cənubun kəsişməsində olan Azərbaycan öz geosiyasi yerləşməsinə görə daim regionun vacib nəqliyyat mərkəzlərindən biri olub. Bu gün reallaşdırılan nəqliyyat siyasəti, yatırılan investisiyalar, yeni infrastrukturun yaradılması və müasirləşdirilməsi nəticəsində ölkə özünü nəinki nəqliyyat mərkəzi kimi, həm də böyük regional layihələrin təşəbbüskarı kimi təsdiqləyib. Bir vaxtlar Bakı Baş katibliyi Azərbaycanda yerləşən TRACECA nəqliyyat dəhlizinin yaradılmasının təşəbbüskarı olub.
Azərbaycanın təşəbbüsü və respublikanın maliyyəsi hesabına Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryolu kimi iddialı layihə həyata keçirilir. Bu marşrutun istismara verilməsi Asiya və Avropa arasında yükdaşımalarını əhəmiyyətli dərəcədə artıracaq, Türkiyənin Mərmərə tunelinin istifadə edilməsi ilə isə Qafqaz Avropa İttifaqı ölkələri ilə birləşəcək.
Azərbaycan Rusiya və İranla birgə "Şimal-Cənub" dəmiryolu nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasını hazırlayır ki, bu da yüklərin Avropadan Fars körfəzi ölkələri və Hindistana daşınmasına imkan verəcək.
Respublikada habelə ən böyük ticarət limanının tikintisi də gedir. Liman infrastrukturunun yaradılması Xəzər dənizi üzrə yüklərin daşınmasının effektivliyini artıracaq və Bakı-Tbilisi-Qars layihəsinin tərkib hissəsi olacaq. Azərbaycanda o cümlədən gəmiqayırma zavodu tikilir ki, bu da gələcəkdə yalnız Azərbaycanın deyil, həm də bütün Xəzər regionunun gəmilərə olan ehtiyacını təmin edəcək. Hazırda respublika Xəzər dənizində ən böyük ticarət flotiliyasına malikdir.
Respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidənqurulması sahəsində də böyük işlər görülüb.
Azərbaycan ümumilikdə respublika iqtisadiyyatı üçün nəqliyyat sektorunun inkişafının əhəmiyyətini anlayır. Bunun üçün əsas göstərici son illər xarici sərmayələri əhəmiyyətli dərəcədə üstələyən daxili investisiyaların həcmidir. Yaxın illərdə Bakı-Tbilis-Qars dəmiryolu magistralı, yeni liman, gəmiqayırma zavodu, o cümlədən digər infrastruktur layihələrinin tikintisinin yekunlaşdırılması ilə Azərbaycan iqtisadiyyatında növbəti keyfiyyət sıçrayışını gözləmək olar.
Seymur Əliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10