Dünya şöhrətli aktrisa Sofi Lorenin oğlu, dirijor Karlo Ponti Gürcüstanda fitnes üzrə məşqçi Məryəm Şarmanaşvili ilə ailə qurub.
"Unikal" xəbər verir ki, mərasim YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Mtsxetadakı Samtavro monastırında baş tutub. Cütlük arasında yaş fərqi 20 ildir - Pontinin 57, Məryəmin isə 37 yaşı var. Ponti toydan əvvəl pravoslavlığı qəbul edib.
İkinci toy sentyabrda Cenevrədə planlaşdırılıb. Toyda 90 yaşlı Sofi Lorenin özünün də iştirak edəcəyi planlaşdırılır.
Sofi Lorenin orkestr dirijoru və mərhum kino prodüseri Karlo Ponti ilə nikahından dünyaya gəlmiş ğlu Ponti 2013-cü ildən ABŞ-də işləyir. Şarmanaşvilinin əvvəlki nikahdan iki oğlu var. Ponti və Şarmanaşvili 2021-ci ildə sosial şəbəkədə tanış olublar.