"Son zamanlar səhhətində narahatlıq var idi".
Bu sözləri "Unikal"a Milli qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov anası Dursun Qasımovanın ölümü ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, anası son vaxtlar çox əziyyət çəkirmiş:
"Ağrıları var idi, bu gün həkim gətirmişdik. Saat 18:00 olardı, anam rəhmətə getdi. Axır vaxtlar vəziyyəti ağırlaşmışdı, hətta ayaqları tutulmuşdu. Hər gün vəziyyəti ağırlaşırdı. Ayaqlarına qan işləmirdi, yerdə yatırdı. Çox əziyyət çəkirdi, dedilər ayaqlarının ikisi də kəsilməlidir. Yaşı çox olduğundan ağrılara dözə bilməz deyə ayaqları kəsilmədi. Ağrılardan canını qurtardı, o qədər zülm çəkdi ki, danışmaqla bitməz".
Tural Əhmədov