Hüseyn Bağırovun Qəbələdə vətəndaşlarla görüşündən ilginc məqamlar!
10:41 12-09-2013
CƏMİYYƏT
Hüseyn Bağırovun
Qəbələdə
vətəndaşlarla görüşündən ilginc
məqamlar!
Yerli sakinlər naziri
"şikayət yağışına" tutublar
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 11-i Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarında yaşayan bir qrup şikayətçi ilə görüşüb. Görüş Qəbələ Mədəniyyət Mərkəzində keçirilib.
Üstəlik bu görüşə sadalanan 7 rayonun sakinləri ilə yanaşı, Bakıdan nazirə öz şikayətini deməyə gəlmiş insanlar da qatılıb. Görüşdən əvvəl isə vətəndaşların nazirə bildirəcəyi şikayətlər ərizə formasında yazdırılıb. Qəbula kimisi su, kimisi yaşanacaq problemi, kimisi də sadəcə işə düzəlmək üçün gəlmişdilər. Görüşdə ümumilikdə 50-dən çox müraciətə baxılıb.
Şimal-Qərb bölgəsinin əksər hissəsini dağlıq-meşə zolağı təşkil edir. Bir çox ucqar kəndlərdə təbii qaz olmadığından sakinlər meşələrə üz tutur. Qarşıdan soyuqların gəlməsi bu məsələni daha da aktuallaşdırıb. Bu üzdən İsmayıllı rayonundan gələn sakin Qalacıq-İstisu-Çayqovuşan kəndlərinin enerji problemini nazirə çatdırmaq istəyib.
Başqa bir vətəndaşın deməsinə görə, Qalacıq-İstisu-Çayqovuşan kəndlərinin meşə zolağının qoruq ərazisinə düşməsi sakinlərin odun-ocaqla təmin olunmasına böyük problemlər yaradır. Kənd sakinlərinə 2013-cü ildə təbii qazın çəkilməsi ilə bağlı vəd verildiyini deyən sakin hələdə problemin aradan qalxmadığından gileylənir. Şikayətçinin bildirməsinə görə, bu kəndlərdə Sovet dövründən qalma təbii qaz xətləri var. Ərazidə iqlim soyuq olduğundan artıq indidən oduna, yanacağa ehtiyac duyurlar.
Görüşün sonunda qanunsuz ağac kəsən vətəndaşlara verilən cəzalarda güzəştə gedəcəklərini və cərimələrinin ləğv olunacağını bildirən nazir həmin şəxslərin meşə fondu ərazisində 100 ağac əkməli və yaz ayında onlara təhvil verməli olduqlarını deyib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33