Azad Rəhimovun daha bir ideyası fiaskoya uğradı
13:27 13-09-2013
CƏMİYYƏT
Azad Rəhimovun daha bir ideyası fiaskoya uğradı
Nazir gənclər evlərinin inşasından niyə vaz keçdi?
Gənclər və idman nazirinin müavini İntiqam Babayev maraqlı açıqlama ilə çıxış edib. O, bir müddət əvvəl nazir Azad Rəhimovun ideyasını irəli sürdüyü gənclər evlərinin taleyi ilə bağlı danışıb.
Azad Rəhimovun müavini gənclərlə bağlı tikilməsi nəzərdə tutulan şəhərcik ideyasına toxunarkən deyib: “Gənclər evlərinin tikilməsi ideyamız var idi, amma hazırda o, gündəmdə deyil. Birinci növbədə biz sosial ipotekanı təkmilləşdirməliyik, çünki hər hansı bir layihənin reallaşması qanunvericiliyə bağlıdır. Ona görə birinci növbədə sosial ipoteka mexanizmləri təkmilləşdirilməli, daha sonra biz yenidən güman ki, şəhərciyin ideyasına
qayıdacağıq. Azərbaycanda sosial ipoteka bir çox ölkələrdən daha mükəmməl şəkildə həyata keçirilir. Sadəcə istəyirik ki, bu daha da təkmilləşsin. Dövlət sənədinin təkmilləşməsi və qəbulu müəyyən müddət tələb edir. İnanıram ki, yaxın zamanda düzəlişlər və əlavələr olacaq”.
Əslində Rəhimovun ideyasının fiaskoya uğramasını onun iqtidar içindəki rəqiblərinin uğuru adlandırmaq daha doğru olardı. Görünür, nazir bu ideyası ilə dövlət büdcəsindən iri məbləğdə vəsaitin ayrılmasına ümid edirmiş. Elə rəqibləri də bunu bildikləri və Azad Rəhimovun güclənməsini arzulamadıqları üçün onun təşəbbüsünün “beşikdəcə boğulmasına” çalışıblar.
Müavinində açıqlamasından göründüyü kimi, gənclər və idman nazirinin hakimiyyətdaxili rəqibləri istədiklərinə nail olublar. Azad Rəhimovun gənclər evlərinin inşası adı altında büdcədən iri vəsait əldə etməsi və onu olimpiya-idman komplekslərinin tikintisində olduğu kimi, istədiyi formada, qeyri-şəffaf şəkildə “əritməsi” planı reallaşmadı.
İqtidar daxilində zəifləmiş mövqelərini gücləndirmək üçün bütün addımları fiaskoya uğrayan gənclər və idman naziri, belə getsə, prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə də çətin ki, öz postunu qoruyub saxlaya bilsin.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00