"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib. 

"Unikal" xəbər verir ki, Mərakeş təmsilçisi "Vidad"la oyunun ilk hissəsində qol vurulmayıb. 

Baş məşqçi Kurban Berdıyev ikinci hissədə əsasən gənclərdən ibarət heyəti meydana buraxıb. Qərb təmsilçisi 81-ci dəqiqədə buraxdığı qolla meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. 

Qeyd edək ki, Türkiyə toplanışını başa vuran komandamız sabah vətənə dönəcək.