Məşhur "beyin mərkəzi" Azərbaycanı araşdırdı
15:34 14-09-2013
CƏMİYYƏT
Məşhur "beyin mərkəzi" Azərbaycanı araşdırdı
Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın son onillik dövr ərzində keçdiyi inkişaf yolunu təhlil edən "Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq" adlı hesabat yayılıb.
Mərkəzin eksperti Qeorqi Çantzinin müəlliflik etdiyi hesabatda bu dövr ərzində Azərbaycanın sürətli inkişaf yolu keçdiyi, siyasi, iqtisadi və sosial sahələrdə ciddi uğurlar əldə edildiyi qeyd edilir.
Vurğulanır ki, Azərbaycan MDB ölkələri sırasında inkişaf və rəqabətqabiliyyətlilik, yoxsulluğun aradan qaldırılması və adambaşına düşən ümümmilli gəlirin artımı göstəricilərinə görə ciddi irəliləyişlər əldə etmiş, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə görə 2005-2011-ci illər ərzində 25 pillə irəliləyərək yüksək insan inkişafı ölkələri qrupu sırasına qoşulmuşdur.
Həmçinin qeyd edilir ki, Dünya İqtisadi Forumunun son "Qlobal rəqabətqabiliyyətlilik 2013-2014" reytinqinə əsasən, ölkəmiz dünya ölkələri sıralamasında 39-cu mövqeyə yüksəlib. 2008-2009-cu illər dünya maliyyə böhranı zamanı bir çox ölkələr ciddi iqtisadi çətinliklər qarşısında qalsalar da, Azərbaycan müsbət iqtisadi inkişaf trendini qoruyub saxlayıb və hazırda yuxarı ortagəlirli ölkələr sırasına qoşulub.
Hesabatda Azərbaycanın dünyadakı bir çox ən önəmli beynəlxalq təşkilatlarda təmsil edildiyi, BMT-yə yeni üzv olmuş (təşkilata 1991-ci ildən sonra daxil olmuş) postsovet ölkələri sırasından qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş ilk dövlət kimi tarixə düşdüyü vurğulanır.
Müəllif qeyd edir ki, əksər postsovet ölkələrinin ciddi daxili iqtisadi və siyasi böhranların qarşısını almaq naminə yenidən Rusiyanın çətiri altına keçmək dilemması ilə qarşı-qarşıya qaldığı bir dövrdə Azərbaycan regional və beynəlxalq səviyyədə davamlı və müstəqil inkişafın uğurlu nümunəsi olmuş, regionda öz mövqelərini gücləndirmişdir.
1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanmasından sonra ölkəyə enerji gəlirlərinin axmağa başladığını qeyd edən müəllif vurğulayır ki, "bununla da Azərbaycan daxili transformasiya dövrünə qədəm qoymuş, iqtisadi və siyasi stabillik təmin edilmiş, dövlət quruculuğu prosesinə başlanılmış və beləliklə, ölkədəki gələcək uğurlu inkişafın əsasları qoyulmuşdur." 1999-cu ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə neft gəlirlərinin toplanılması, effektiv şəkildə idarə edilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılmışdır. 2013-cü il yanvar ayı üçün Fondun aktivləri 34 milyard ABŞ dollarına çatmışdır.
Sonrakı dövrdə iqtisadiyyatı şaxələndirməyi və qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşısına məqsəd qoyan rəsmi Bakı tərəfindən "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası qəbul edilmiş, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və turizm iqtisadiyyatın yeni prioritet sahələri elan edilmişdir.
Hesabata qeyd edilir ki, nəqliyyat sahəsində Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə etməklə Avrasiyanın mərkəzində, Avropa ilə Asiya arasında önəmli ticarət dəhlizinə çevrilmək istəyir. Bu səhədə artıq bir sıra layihələrin icrasına başlanılmış, ölkənin nəqliyyat infrastruktrunun yenidən qurulmasına və inkişafına, eləcə də nəqliyyat səhəsində qanunvericiliyin mükəmməlləşdirilməsinə yönəlik siyasət həyata keçirilmişdir.
Müəllif hazırda nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmiryolunun inşası, Ələt Beynəlxalq Dəniz Limanının tikintisi və Bakı Beynəlxalq Aeroportunun genişləndirilməsi kimi strateji əhəmiyyətli layihlərin reallaşdırılmaqda olduğunu vurğulayır.
Hesabata əsasən, informasiya və kommunikasiya texnologiyaları Azərbaycan üçün yeni sahə olsa da, Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması və gücləndirilməsinə diqqət artırılmış, təhsil müəssisələrinin kompyuterləşdirilməsi və internetə çıxışının təmin edilməsi həyata keçirilmiş, eləcə də dövlət orqanlarında bir çox xidmətlərin elektron həyata keçirilməsinə başlanılmışdır. 2013-cü il Azərbaycanda "İnformasiya və kommunikasiya texnologiyaları ili" elan edilmiş, eyni ildə Azərbaycanın ilk süni peyki orbitə buraxılmışdır.
Hesabatda, həmçinin deyilir ki, genişlənən iqtisadi imkanlarından istifadə edən Azərbaycan istər daxili, istərsə də xarici investisiyaların həcmini artırmışdır. Ölkədə 90-cı illərdə xarici investisiyalar daxili investisiyaları üstələsə də, hazırda bu balans daxili investisiyaların xeyrinə dəyişmişdir. Azərbaycanın ətraf regionlarda ciddi investisiya layihələrini reallaşdırdığını qeyd edən müəllif, Türkiyədə "Petkim" şirkətinin özəlləşdirilməsi və 5 milyard ABŞ dolları həcmində investisiya ilə yeni neft emalı zavodunun tikintisi, Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın səhmlərinin 66%-nin satın alınması, Gürcüstana irihəcmli yatırımların qoyulması kimi gələcəyə hesablanmış strateji investiya layihələrindən bəhs edir.
Təhlil edilən dövr ərzində insan inkişafı və sosial tranformasiyanın dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığı qeyd edilən hesabatda adambaşına düşən nominal milli gəlirin 2002-2012-ci illər ərzində 720 ABŞ dollarından 7490 ABŞ dollarına yüksəldiyi, yoxsulluğun aradan qaldırılması sahəsində ciddi uğurların qazanıldığı deyilir. Gənclərin öz potensiallarını reallaşdırması üçün yüksək səviyyəli təhsilin önəminin nəzərə alındığını qeyd edən müəllif vurğulayır ki, "təhsil sahəsinə ciddi yatırımlar edilmiş, Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilmişdir".
Azərbaycanın 1918-ci ildə qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olduğunu xatırladan müəllif 1990-cı ildə parlamentin tərkibinin cəmi 4,3 faizinin qadınlardan ibarət olduğu halda bu rəqəmin 2010-cu il seçkilərindən sonra 16 faizə yüksəldiyi, ölkədəki bələdiyyə üzvlərinin isə ümumillikdə 30 faizinin qadınlardan ibarət olduğunu vurğulayır.
Hesabatda ölkədə insan haqları, təhsil, qadın haqları, mədəniyyət, gənclər və s. sahələr daxil olmaqla təxminən 25 müxtəlif istiqamətdə fəaliyyət göstərən 3000 qeydə alınmış qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyi qeyd edilir və bu təşkilatların vətəndaş cəmiyyətinin formalaşdırılmasındakı əhəmiyyətini nəzərə alan dövlətin onların layihələrinin maliyyələşdirilməsinə yardım göstərdiyi diqqətə çatdırılır.
Hesabatda deyilir ki, dövlət quruculuğu sahəsində bürokratiya və qeyri-effektiv idarəetməyə qarşı mübarizə çərçivəsində bir tərəfdən korrupsiya, vergidən yayınma və kölgə iqtisadiyyatı əleyhinə qanunlar qəbul edilmiş, digər tərəfdən, müəllifin xüsusilə vurğuladığı kimi, "dövlət idarəçiliyində müxtəlif strukturların modernləşdirilməsi və Qərb standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar aparılmışdır". Dövlət idarəçiliyində islahatlardan danışarkən müəllif ASAN xidmətin fəaliyyətinə xüsusilə müsbət qiymət verir.
Hesabatın sonunda qeyd edilir ki, Azərbaycanda yaxınlaşmaqda olan prezident seçkiləri beynəlxalq mətbuatın və ekspertlərin diqqətini ölkəyə cəlb etməkdədir. Müəllifin fikrincə, son iyirmi, xüsusən də 2003-2013-cü illəri əhatə edən son onillik dövr ərzində siyasi, iqtisadi və sosial sahədə əldə edilmiş inkişafın nəticələrinin təhlili prezident seçkilərinin mümkün nəticələri barədə də ehtimallar irəli sürməyə imkan verir: "Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyası ona parçalanmış və qeyri-mütəşşəkkil müxalifət üzərində üstünlük verir və buna əsaslanaraq qarşıdakı illərdə Azərbaycanda mövcud siyasi stabillik və iqtisadi inkişaf xəttinin
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10