Daşkəsəndə qadının qardaşı tərəfindən baltalanmasının bəzi detalları məlum olub.

"Unikal"ın məlumatına görə, hadisə qardaşla bacı arasında yaranan qısqanclıq səbəbilə baş verib. Belə ki, xəsarət alan 30 yaşlı Əfsanə Cəfərova təxminən bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun həyat yoldaşından iki övladı olub. Bir ay öncə onun bir övladı dünyaya gəlib. Elə hadisə də övladı dünyaya gələndən sonra qardaşla bacının arasında düşüb. Bu mübahisənin sonu da qanla nəticələnib.

Qeyd edək ki, xəsarət alan qadının birinci həyat yoldaşı öz dayısı oğlu olub.

Xatırladaq ki, qadına xəsarət yetirməkdə şübhəli bilinən qardaşı 40 yaşlı İnqilab Məmmədovdur. Məlumata görə, onlar mövsümü olaraq Daşkəsən rayonun Qıyıqlı kəndində qalırlar. Qış aylarında isə Göygöl rayonunun Üçtəpə kəndində yaşayırlar.

Faktla bağlı araşdırma aparılır.

*** 15:46

Daşkəsəndə 30 yaşlı qadın başından xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qıyıqlı kəndində baş verib.  Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Cəfərova Əfsanə Məmməd qızı kəllə-beyin traması ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal qadına yardım edilib. Daha sonra 30 yaşlı qadın Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Məlumata görə, 30 yaşlı qadını ailə münaqişəsi zamanı qardaşı balta ilə başından xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Tural Əhmədov