Gəncədə yol-nəqliyyat hadisə baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.Hərəkətdə olan "VAZ 2107 " ilə "Mercedes" markalı minik maşınları toqquşub.
Qəza zamanı 2000-ci il təvəllüdlü E.Namazov və 2003-cü il təvəllüdlü S.Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov