"Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil"
12:44 17-09-2013
CƏMİYYƏT
"Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil"
"Diasporun "Xalq diplomatiyası" ideyasına qoşulmasının qarşısını çox kəskin şəkildə aldıq"
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov növbəti dəfə Abbas Abbasovdan danışaraq bildirib ki, onların "AzərRos"la əməkdaşlığımız olub. Təşkilatın köhnə rəhbərliyi dövründə bəzi hallarda fəaliyyəti bizim tərəfimizdən tamamilə qəbuledilməz bir hal kimi dəyərləndirilərək qarşılıqlı münasibətlərdə soyuqluq yaranıb.
Bu, hər zaman özünü göstərib. Bizim mövqeyimiz budur ki, bizimlə əməkdaşlıq edən hər bir təşkilat azərbaycançılıq ideologiyası ətrafında birləşib fəaliyyət göstərsin, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət etsin. Amma o təşkilatın rəhbərliyi başqa bir ölkədə oturub Azərbaycanın daxili işinə qarışır, boyundan yuxarı bəyanatlar verir, öz miqyasına uyğun olmayan hadisələrə girib təşkilatın adından istifadə edərək şəxsi məqsədlərini təmin edir. Belə hallar yolverilməzdir. Qaldı ki, təşkilatın indiki rəhbərliyi ilə münasibətlərə, fikrimi söyləyim: şəxsən Abbas Abbasov Azərbaycan dövlətinə uzun müddət xidmət etmiş şəxsdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin özünün ağsaqqalı olduğunu, Azərbaycan rəhbərliyinin siyasətini dəstəklədiyini bəyan edir. Bizim üçün də bu bəyanatlar təqdirəlayiqdir. Amma hər kəsin verdiyi bəyanatla əməli işi uyğun gəlməlidir. Bu tipli bəyanatlar verən Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil. Çünki belə bəyanatların müəllifi A.Abbasov kiminlə eyni çətir altında olmasına diqqət edərək, özü üçün dəqiqləşdirmələr etməli, azərbaycançılıq ideologiyasına xidmət edən mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Yalnız bundan sonra biz onunla hər zaman əməkdaşlığa hazır olacağıq:-" Zamanında ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə orada böyük bir konqres yarandı. Mən də o zaman orada səfir işlədiyim üçün bunun yaranmasında yaxından iştirak etdim və dəstəyimi göstərdim. Amma sonrakı illərdə adlarını çəkmək istəmədiyim müəyyən adamların yanlışlığı üzündən böyük bir boşluq yarandı. Hesab edirəm ki, ad çəkmək önəmli deyil daha, çünki o adamlar artıq ortada deyillər, yoxdurlar. Onlar o vaxt öz yaramaz fəaliyyətləri ilə UAK-a konflikt toxumu səpib getdilər. Uzun illər yaranmasında mənim də əməyim olan UAK-da indi toplaşan insanlar yaxın insanlardır. Hazırda təşkilatda rəsmən sədr olmaq istəyən Rövşən Tağıyevin özü də konqres yaranan zaman mənim yanımda səfirlikdə çalışırdı. İndi ətrafında mübahisələr olan UAK da, Hikmət Cavadovun yaratdığı yeni təşkilat da - indi əsasən paralel olaraq fəaliyyət göstərirlər, - bizim tərəfimizdən tam dəstək alan qurumlardır. Hər iki təşkilata söyləmişəm ki, paralel olaraq fəaliyyət göstərsinlər. Qoy təbii seçim olsun. Məsələn, Kaliforniyada 1300 müxtəlif erməni diaspor təşkilatı var. Amma məqsədləri birdir. Bu daha yaxşıdır onlar üçün, çünki bir var Senata bir təşkilat məktub göndərsin, bir də var 1300. Yəni bəzi hallarda təşkilat çoxluğu ziyanlı hal deyil. Təki məqsəd, ana ideyası eyni olsun - azərbaycançılıq. Əsas odur ki, Ukraynada olan azərbaycanlılar bu iki təşkilatda birləşib fəaliyyət göstərirlər. Onlar fəaliyyət göstərsinlər, biz də baxarıq. Zaman öz sözünü deyəcək. Rövşən Tağıyevin də, digərlərinin də borcudur ki, həmin ölkədə, məsələn, qondarma "erməni soyqırımı" kimi məsələlər ortaya çıxanda özünün əlaqələrindən, münasibətlərindən istifadə edib bunun qarşısını alsın. Bu azərbaycançılıq borcudur".
Fuad
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22