İran prezidenti Məsud Pezeşkian Ermənistana səfəri zamanı İrəvandakı Göy Məsciddə olub.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
İran lideri tarixi Azərbaycan məscidinin müxtəlif hissələrini ziyarət edib, dindarlarla birlikdə namaz qılıb.
İrəvanın Göy məscidi (Hüseynəli Xanın məscidi - mədrəsəsi) eramızın 18-ci əsrində tikilib və İrəvanın tarixi bazarı yaxınlığında inşa edilib.
Göy Məscid həm də onun qurucusu Hüseynəli Xanın adı ilə tanınır. Şəhərin əsas məscidi kimi fəaliyyət göstərən bu məscid-mədrəsə İrəvan xanı tərəfindən ödənilmiş xərclə tikilib və hazırda şəhərin mərkəzində yerləşir.
Ağarza Elçinoğlu