Müxalifət dünəndə qalıb?
11:53 18-09-2013
CƏMİYYƏT
Müxalifət dünəndə qalıb?
Rusiya İctimai Palatasının üzvü, keçmiş deputat, politoloq Sergey Markov bildirb ki, Azərbaycanda indi mövcud olan müxalifət Xalq Cəbhəsinin bir növ reinkarnasiyasıdır və xalqın onlarla bağlı xoş olmayan xatirələri qalıb.
Ölkənin tanınmış politoloqu Qabil Hüseynlinin "Unikal"a söylədiyinə görə, "Azərbaycan müxalifətinin bu duruma düşməsinin birinci səbəbi qrup maraqlarının, şəxsi iddiaların cəmiyyətin mənafeyindən üstün tutulmasındadır. Ortalıqda olan siyasi liderlər kompromis varianta getməyə hazır olmadılar və qəribədir ki, heç bir siyasi təcürbəsi olmayan kinossenaristin ətrafında birləşdilər. Dünya tarixində siyasi qüvvələrin inteqrasiyasının belə bir modeli görünməmişdi. Rüstəm İbrahimbəyovun yalançı vədləri isə radikal müxalifəti pis günə qoydu. İbrahimbəyov ssenarisi baş tutmayandan sonra siyasi cəhətdən az təcrübəsi olan Cəmil Həsənlinin üzərində durmalı oldular və hesab edirəm ki, bu addım radikal müxalifətin 20 illik tarixində ən zəif gedişlərindən biridir".
Politoloqun fikrincə, "Radikal müxalifət sanki öz dünyasında yaşamağında davam edir və narazı elektoratı necə hərəkətə gətirəcəyini bilmir. Faktiki olaraq, bu gün ortalıqda cəmiyyətlə təmasını itirmiş müxalif qurumlar var. Fikrimcə, müxalifətin öz statusunda normal şəkildə çıxış etməsi üçün ciddi şəkildə islahatlara getməlidir. Hazırda bu qurumlarda ən böyük çatışmazlıq isə cəsarətli və özünü qurban verməyi bacaran liderin olmamasıdır. Müxalifət belə bir lider meydana çıxarda bilsə, müxalif qurumlra yenidən təşkilatlana və daha sıx birləşə bilər. Təəssüf ki, indiki anda meydanda bu cür lider yoxdur".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının "Unikal"a söylədiyinə görə, "Azərbaycan müxalifətinin bu gün yaşamaqda olduğu təşkilati-siyasi böhranın baslıca səbəbi onların ölkədəki situasiyaya düzgün yanaşmamasından qaynaqlanır. Bu yanaşma yanlış olduğundan onlar öz resurslarını və real güclərini də yaxşı bilmirlər. Sanki hesab edirlər ki, "Sabah mitinq var!" deyən kimi hamı meydana axışacaq. Bu, 88-ci ildə olurdu. İndi başqa bir zamandır. Radikal müxalifət hələ də 88-ci ilin havası ilə yaşayır. Ümumən bu qurumların heç biri gözə çarpacaq dərəcədə gücə, sosial bazaya malik deyil. Milli Şurada gedən proseslər radikal müxalifətin bütün zəif nöqtələrini üzə çıxartdı və heç də xoşagələn proseslər deyil".
QAT sədrinin sözlərinə görə, "Mənim müşahidəmə görə, bu qurumun daxilində müəyyən qruplar var ki, aşkarca xarici maraqları təmsil edir. Mənim radikal müxalifətdən gözləntim budur ki, əvvəlcə onlar Qarabağ münaqişəsinin həlli ilə bağlı ortalığa konkret proqram qoysunlar. Cəmil Həsənli Qarabağın işğaldan azad olunmasını ən başlıca vəzifə saysa da, Milli Şuranın vahid namizədinin ermənilərin mövqeyindən fərqlənməyən fikirləri komissiyanın Qarabağla bağlı fəaliyyətini müəyyən mənada sual altına qoyur. Onlar unudurlar ki, Qarabağ probleminin həll olunmamasını Azərbaycanın daxili problemləri ilə əlaqələndirilməsi düzgün deyil. Bu cür yanaşma qətiyyən qəbul edilməzdir. Müxalifət Qərbdəki müəyyən dairələrə xoş gəlmək üçün və yaxud hansısa maraqlar əsasında ortalığa demokratiya şüarlarını atır və Qarabağ məsələsini Azərbaycanın daxili problemləri ilə bağlayır. Fikirləşirlər ki, daxildə hər hansı sorun həll olunsa, Qarabağ münaqişəsi də öz-özünə çözüləcək".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10