AXCP Pərviz Həşimlini müdafiə etmədi
11:18 19-09-2013
CƏMİYYƏT
AXCP Pərviz
Həşimlini
müdafiə etmədi
Jurnalistin həbsini siyasiləşdirmək
istəyi alınmadı, yaxın günlərdə onunla əlaqəsi olan məmurların da məsələsi araşdırılacaq
Xəbər verildiyi kimi, iki gün öncə "Bizim Yol" qəzetinin parlament müxbiri, Moderator.az saytının rəhbəri Pərviz Həşimli həbs olundu.
Dünən isə jurnalist və Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin barəsində həbs qətimkan tədbiri seçilib. P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri Səbail Rayon Məhkəməsində keçirilən prosesdə seçilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Bu məsələnin rəsmi tərəfləridir. Amma işin bir də qeyri-rəsmi tərəfləri var. Belə ki, Pərviz Həşimli AXCP Ali Məclisinin üzvü və Kəlbəcər rayon təşkilatının rəhbəridir. Onun həbsi ilə bağlı bəyanat yaymaq yerinə, AXCP-dən verilən açıqlama isə jurnalistin bir istəyini sual altına qoyub. Bildirək ki, AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünən mətbuata verdiyi açıqlamasında bildirib ki, onlar Pərviz Həşimlinin həbsi məsələsini diqqətlə izləyirlər. Onun sözlərinə görə, indidən nəsə demək də istəmirlər. Həmçinin bildirib ki, istintaqın gedişatından asılı olaraq, addımlar atacaqlar.
Qeyd edək ki, Həsən Kərimovun bu açıqlaması birmənalı olaraq AXCP tərəfindən dəstəklənməməsi və dəstəklənməyəcəyi anlamına gəlir. Çünki partiyanın əsas fiqurlarından biri jurnalistin həbsinə deyil, onun əməllərinə şübhə ilə yanaşır. Eyni zamanda, bu açıqlama Pərviz Həşimlinin məsələni siyasiləşdirmək istəyinin də üzərindən xətt çəkməyə bərabərdir. Ona görə ki, təmsil olunduğu partiya onun arxasında durmadığı təqdirdə, digərlərinin də bu prosesdə eyni mövqe nümayiş etdirəcəyi anlamına gəlir.
Amma bu məsələdə digər bir maraqlı məqam da var. O da jurnalistin indiyə qədər əlaqədə olduğu məmurlarla bağlıdır. Bəzi iddialara görə, bu əlaqələrdən dolayı Pərviz Həşimliyə qaldırılmış cinayət işinin motivindən asılı olaraq məsələ araşdırılacaq. Üstəlik, bu əlaqələrin nələrə hesablandığı və hansı məqsədlər üçün istifadə olunduğu öyrəniləcək. O zaman jurnalistin əlaqədə olduğu məmurların aqibəti yaxşı olmaya da bilər. Ən azından bu əlaqələrin təfsilatları məmurların özlərindən öyrəniləcək və qarşı tərəflə üzləşdirmə aparılacaq. Bu isə hətta tanınmış şəxslərin belə istintaqa dəvət olunmasına gətirib çıxaracaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10