06.09.2025-ci il tarixdə saat 13:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 2 nəfər (kişi cinsli)  Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Onlardan 1988-ci il təvəllüdlü şəxs hazırda əməliyyata alınıb, 1983-cü il təvəllüdlü şəxsə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.

***15:34

Beyləqan rayonunda kafedə güllələnən şəxslərin şəxsiyyəti müəyyənləşib.

"Unikal" xəbər verir ki, silahlı insident zamanı 1983-cü il təvəllüdlü Zamiq Fərzəliyev və 1988-ci il təvəllüdlü Natiq Məmmədov xəsarət alıblar.

Hər iki şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

***14:12

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.

Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.