Kənan M.M.: "Onlar Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və İradə İbrahimovadır..."
11:58 06-12-2013
ŞOU
Kənan M.M.: "Onlar Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və İradə İbrahimovadır..."
Rejissor Kənan M.M.-in Milli.Az-a müsahibəsi
- Bir çoxlarının rəğbətini qazanan və bir çoxlarının da əsəbinə toxunan Kənan M.M. bu gün bunun fərqindədir?
- (gülür) Əla sualdır. Mən özüm haqda həqiqəti bilirəm. Kimin mənim barəmdə nə düşündüyü əslində əvvəllər mənim üçün çox maraqlı idi, sənətə təzə gələn dönəmlərdə hər kəsin fikrini öyrənirdim. Təcrübəm göstərdi ki, ən əsas özün özünü tanı!
- Nəyə görə Kənan M.M. dedikdə "özündən razı, heç kimi bəyənməyən" kimi fikirlər yaranır?
- Kim məni necə görürsə, məndə özünü görür.
- Rejissor, aktyor, şair... daha nələr var?
- İdman. İdmanla məşğul oluram və bu məşğuliyyət artıq bir vərdişə çevrilib.
- Hansı sahədə daha peşəkarsız?
- Şairlik mənlik deyil, mən kiçik yaşlarımdan aktyor olmaq istəmişəm və ona görə rejissor oldum ki, rejissorların ümidinə qalmayım (gülür).
- “Ləkə” serialı digər seriallardan nə ilə yadda qalır və fərqlənir?
- “Ləkə” ilk növbədə adı ilə, sonra aktyor seçimi, daha sonra musiqisi, ssenaristin türk olması və ən əsası - hadisələrin real olması ilə seçilir.
- Yerli serialları izləyirsiz, sizi qane edir?
- Keçən ilə nisbətən bu il böyük irəliləyişlər var və inanıram ki, daha da yaxşı olacaq. Amma məncə, bu işdə İncəsənət Universiteti öz sözünü deməlidir, kino üçün başqa, teatr üçün isə başqa aktyor kursları olmalıdır. Yəni aktyor oyununa görə rejissorlar çox əziyyət çəkirlər.
- Bir serialın həm rejissoru, həm də baş rol ifaçısı olmaq çətin deyil?
- İncəsənətdə heç nə asan deyil. Əlbəttə, çətinlikləri var. Bir həqiqəti deyim ki, artıq “Ləkə” serialından bezmişəm, bir il ərzində eyni hadisələrlə işləmək cansıxıcı olur, mən dəyişikliyi sevən insanam.
- Aktyor Elşən Orucov sizdən ciddi bir rol gözləyir, necə bir rol təklif edərdiz Elşənə?
- Elşən (gülür). Heç vaxt (gülür). Çünki o mənim yaddaşımda “Bozbaş Pictures”də Fəlakət obrazı ilə yadda qalıb. “Bunu maa neçəyə verərsən?”, “əla, əla”. Mən onu ciddi rolda görsəm, yenə gülərəm. Bəlkə də zamanla olar, amma mənim fikrimcə, kim harada daha yaxşıdırsa, orada da qalmalıdır.
- Bir daha klip çəkməyəcəm demişdiz, hələ də o fikirdəsiz?
- Mən klipə nankorluq edə bilmərəm. Klip çəkmək mənim həyatımı dəyişdi. Kinonu mən klipdən öyrəndim, sadəcə, bizim müğənnilərə lazım olan klipi çəkmərəm. Bu aləmdə rejissorun istedadına inanan üç sənətçi var. Onlar Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və İradə İbrahimovadır.
- Həyat yoldaşınız son klipi Nail Naiboğluna çəkdirdi, xoşunuza gəldi Nailin işi?
- Mən öz işimdən başqa bütün işləri bəyənirəm. Bir də ki, bəy verən atın dişinə baxmazlar.
- Zülfiyyə Xanbabayeva “Ləkə” serialını izləyib, sizə hansı fikirləri söyləyib?
- Zülfiyyə xanım ən çox sevdiyim qadın sənətçidir. Məclislərin birində mənə dedi ki, sən necə də həqiqi və səmimi aktyorsan. Mən sənə inandım, oynadığın obraza heyran oldum. Bu sözləri eşitdikdən sonra əmin oldum ki, nə yaxşı ki, mən bu addımı atmışam. O məclisdə Nərgiz Cəlilova da var idi, o da mənə dedi ki, Kənan, Zülfiyyə hər kəsin üzünə tərif etməz. Bu hadisə mənimçün bir daha stimul oldu, təşəkkür edirəm Zülfiyyə xanıma.
- Həmkarlarınızdan kimlərin çəkdiyi serialları bəyənirsiz?
- Ad çəkməyəcəm. Bu işi mən görəndə heç biri məni təbrik etmədi, belə də ki, mənə lazım da deyillər. Amma belə misal var, uman yerdən küsərlər. Mən öz işimin keyfiyyətinə inanıram və nəyə qadir olduğumu bilirəm.
- İki övladınız var, onların gələcəyini necə görürsüz? Hansı sahəyə üz tutmalarını istəyərdiz?
- Mən övladlarımın seçimlərinə qarışmayacam. Hansı sahəyə istəsələr, oraya da üz tutacaqlar. Bir qızım və bir oğlum var, hələ ki, balacadırlar. Yaxşı təhsil alsınlar, sonrasına baxarıq.
- Nigar Camala “karate” idman növünü öyrədirsiz, bu doğrudur?
- Nigar ilə çəkdirdiyimiz fotolara görə belə şayiələr yaranıb (gülür). Biz Fort Boyarddan sonra yaxın ünsiyyət qurduq, çox səmimi bir insandır. Qaldı ki karate öyrətməyə, xeyr, elə bir şey yoxdur, Nigar özü camaata dərs keçər (gülür).
- Kənan M.M.-i nə zamansa komik bir rolda görə biləcəyik?
- Komediya mənim həyatımın ayrılmaz bir hissəsidir. Mənim kimi yumor hissi olan az adam tanıyıram, ola bilər haçansa (gülür). Heç vaxt "heç vaxt" demirəm. Hər şey ola bilər.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38