Geni dəyişdirilmiş məhsullar və insan faktoruna vurulan zərbə
12:01 08-01-2014
CƏMİYYƏT
Geni dəyişdirilmiş məhsullar və insan faktoruna vurulan zərbə
Azərbaycanda yetişdirilən və satılan pomidorun 70, kartofun 40, qarpızın 60 faizini yeni növ məhsullar təşkil edir
Bu gün geni dəyişdirilmiş GMO məhsulların ölkəyə gətirilməsi, onların törədə biləcəyi fəsadlar barəsində cəmiyyətdə ciddi narahatlıqlar müşahidə olunur. Həmin qidaların istifadəsinin fəsadları da hiss olunmaqdadır. Qanunla isə Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsi qadağan olunub.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 2000-ci ildə "Bioloji müxtəlifliyə dair" BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn "Biotəhlükəsizliyə dair Kartagen protokolu"na qoşulmuşdur. Sonuncu sənədin tələblərinə görə Azərbaycan GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəli toxumların, malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəlikləri öz üzərinə götürüb.
Verilən məlumatlara görə, bu məhsulların ölkədə yayılmasının qarşısını almaq üçün bir sıra dövlət qurumları birlikdə tədqiqatlar aparmalıdır. Əgər araşdırmalar zamanı hər hansı formada geni dəyişdirilmiş genetik materiallar aşkara çıxarılarsa, laborator analizlərdən sonra onların məhvi barədə qərar qəbul edilməlidir. Ancaq nə etmək olar satış mərkəzlərinin piştaxtalarını bu məhsullar hər zaman bəzəyir.
Təəssüf ki, bu sahə getdikcə inkişaf etməkdədir. Müşahidələrə görə, idxalın xeyli hissəsini mənşəyi bilinməyən məhsullar təşkil edir. Digər tərəfdən Azərbaycanda da GMO əkinçiliyi, bitkiçiliyi inkişaf edib. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz həmin növ toxumlara, bitki şitillərinə üstünlük verirlər. İstehlakçı kimi hər birimiz mövsümü olaraq yetişdirilən bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik.
Bu ticarətlə, bəzi hallarda onun yetişdirilməsi ilə məşğul olan şəxslər və onları himayə edən qüvvələr bildirirlər ki, bunlar Genetik Modifikasiya Olunmuş (GMO) məhsullar deyil.
Bir vacib məqamı da qeyd etmək lazımdır ki, xaricdən idxal olunan bütün məhsulların hamısına GMO adı vermək düzgün deyil. Hansı məhsulun GMO olduğunu laborator analizlərdən sonra müəyyən etmək olar. Bu gün müstəqil laboratoriyyaların mövcudluğu və fəaliyyəti şübhə doğurur. Belə məqamda istehlakçı aldanır, pulunu və sağlamlığını itirir.
Mən araşdırmalar nəticəsində bəzi rəqəmlərlə rastlaşdım. Deməli, Azərbaycanda yetişdirilən və satılan pomidorun 70, kartofun 40, qarpızın 60 faizini yeni növ məhsullar təşkil edir. Bunlar GMO məhsullarıdır və yaxud nədir onu demək çətindir. Əsas odur ki, həmin məhsullarların keyfiyyəti yoxdur və mənşəyi şübhə doğurur.
Digər bir narahatlıq döğuran Quba alması barədə bəzi məqamları qeyd etmək istərdim. İlk öncə onu qeyd edim ki, həmin bölgənin şanlı-şöhrətli almalarına rast gəlmək mümkün deyil. Bu gün Quba bağlarında daha çox yeni alma növlərinə üstünlük verilir. Yerli fermerlərin qənaətincə, bunun səbəbi isə daha çox məhsul əldə etmək istəyi ilə bağlıdır. Bəzən Quba alması adı ilə müxtəlif yerlərdə satıılan bu məhsulların satışı fermerlərin büdcəsini xeyli qaldırır. İstehlakçıların övqatını qaldırması çətin məsələdir.
Çox bəsit olsa bu bu fikri mən demək istərdim. Azərbaycan kimi zəngin iqlim şəraiti olan məkanda GMO məhsullarının yetişdiriməsinə nə ehtiyac var? Axı, gen mühədisliyi olmadığı, yaranmadığı əvvəlki dövrlərdə daha yaxşı məhsullar yetişdirilirdi. Bü günün mənzərəsi onu deməyə əsas verir ki, GMO əməliyyatları kimlərinsə daha yaxşı para qazanmasına xidmət edir. İnsan faktoru, istehlakçının sağlamlığı hər bir normal cəmiyyətlərdə dəyərli kapitaldır. Onu da unutmaq olmaz ki, zərərli məhsullar Qarabağ münaqişəsi qədər insan faktoruna zərbə vurur.
Mənşəyi bilinməyən geni dəyişdirilmiş, xüsusilə xaricdən gətirilən bu məhsulların əhalinin genefonduna vurduğu ziyanı ortalığa çıxarmaq üçün ciddi tədqiqatlara ehtiyac var.
Bu gün insanların böyük əksəriyyəti sağlamlığından şikayət edir. Əvvəlki illərlə müqayisədə xəstəxanaların xəstə sarıdan problemi yoxdur. Mənim fikrimcə bu qədər xəstəliklərin artmasının səbəblərindən biri də Genetik Modifikasiya Olunmuş (GMO) məhsullardır. Çünki insanların qidalandığı bu məhsullarda olan zəhərli tullantılar zaman-zaman yığılıb qalır. Nəticələr isə göz qabağındadır. Bu sahədə həyəcən təbili çalınmalıdır.
İlk növbədə müxtəlif təbəqələr arasında maarifləndirmədən başlamaq lazımdır. İstehlakçı bilməlidir ki, onun qidalandığı məhsulun keyfiyyəti necədir, meyvə və tərəvəzlərin geninin dəyişdirilməsi nə deməkdir. İkincisi, yerli istehsala diqqət və qayğı daha da artmalıdır. Geni dəyişdirilmiş müxtəlif bitkilərin, meyvə və tərəvəz növlərinin əgər toxumundan yerli sahibkarlar tərəfindən istifadə olunursa, bu işə nəzarət edilməlidir, müxtəlif tədqiqat mərkəzləri tərəfindən bu məsələlər araşdırılmalıdır. Ən əsas bu sahədə ictimai nəzarəti təmin etmək məqsədilə geniş tərkibli QHT-Koalisiyasının yaradılmasına ehtiyac var.
Əkrəm Bəydəmirli
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00