Bəşər Əsəddən növbəti amansızlıq
11:02 09-01-2014
CƏMİYYƏT
Bəşər Əsəddən növbəti amansızlıq
Suriya diktatoru Dəməşqə "Barrel" bombası atdı
Suriyanın paytaxtı Dəməşqin cənubundakı Babil əyalətinə hökumət qüvvələrinə aid helikopterlərlə hava hücumu təşkil edilib.
Hava hücumlarında yenə "Barrel bombalarından istifadə olunub. Dinc əhalinin məskunlaşdığı əraziləri bombalayan Əsəd ordusu onlarla insanın ölümünə və yaralanmasına səbəb olub.
Bu arada məlum olub ki, “İraq və Levanta islam dövləti” (İSİL) adlı radikal dini qruplaşma öz tərəfdarlarını Suriyada hökumət qüvvələrinə qarşı döyüşənlərin məhvinə çağırıb. “Frans Press” agentliyinin verdiyi məlumata görə, çağırışın yer aldığı audiomüraciətlə qruplaşma yanvarın 7-də çıxış edib.
İSİL-in nümayəndəsi Əbu Məhəmməd əl-Adanini bəyan edib ki, qruplaşmanının üzvləri hakimiyyət qüvvələrinə qarşı döyüşən bütün digər qüvvələri zərbə üçün “qanuni nişan” hesab edir. Onun sözlərinə görə, Suriya Milli Koalisiyası “İraq və Levanta islam dövləti” qruplaşmasına qarşı müharibə elan edib, bu üzdən də qruplaşma üzvləri koalisiyadan çıxmaq haqda bəyanat verənlər istisna olmaqla, digər döyüşçülərin məhvinə çalışacaq.
Dünənki bir başqa məlumata görə, Suriyanın kimyəvi silah ehtiyatını müşahidə edən ekspertlər bildiriblər ki, ölkədən ilk partiya kimyəvi silah komponentlərini çıxarıblar. Qərb mətbuatı bildirir ki, zəhərli kimyəvi maddələr doldurulmuş konteynerlər olan Danimarkaya məxsus gəmi Suriyanın Latakiyə limanını tərk edib.
Gəmini Rusiya və Çin hərbi gəmiləri müşayiət edir.
Dünən o da məlum olub ki, 30 dövlətin və 3 təşkilatın nümayəndə heyətləri Suriya ilə bağlı Montrö və Cenevrədə keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün dəvət alıb. Bunu Nyu-Yorkda keçirilən mətbuat konfransında BMT-nin mətbuat katibinin müavini Fərhan Hak bildirib.
Onun sözlərinə görə, dəvətlilərin siyahısı Rusiya, ABş və BMT nümayəndələrinin görüşündə açıqlanıb. Dəvət olunan təşkilatlar Ərəb Dövlətləri Liqası, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatıdır.
Beynəlxalq konfransda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən başqa, Əlcəzair, Braziliya, Almaniya, Danimarka, Misir, Hindistan, İndoneziya, İordaniya, İraq, İspaniya, İtaliya, Kanada, Qatar, Küveyt, Livan, Mərakeş, Norveç, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Türkiyə, İsveç, İsveçrə, CAR və Yaponiya da iştirak edəcək.
İranın konfransda iştirakı məsələsi yaxın vaxtlarda müəyyənləşəcək. Yanvarın 22-də Montrödə işə başlayacaq beynəlxalq konfrans yanvarın 24-də Cenevrədə Suriya hökuməti və müxalif qruplar arasında keçiriləcək danışıqlarla davam edəcək.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34