Cəmil Həsənli Milli Şuradakı istefaları Rüstəm İbrahimbəyovla müzakirə edib
12:36 10-01-2014
CƏMİYYƏT
Cəmil Həsənli Milli Şuradakı istefaları Rüstəm İbrahimbəyovla müzakirə edib
"Zəfər Quliyevin istefasına normal yanaşıram. Hər kəs Milli Şuraya öz qərarı ilə gəlmişdi. Kimsə məcburi şəkildə Milli Şuraya daxil edilməyib. Gedənlər də öz qərarları ilə gedirlər, hansısa təzyiq altında tərk etmirlər. İstefaları normal qarşılamaq, dözümlü münasibət göstərmək lazımdır".
Bunu Milli Şuranın sədri Cəmil Həsənli "El" Hərəkatının sədr müavini Zəfər Quliyevin Milli Şuradan istefa verməsinə münasibət bildirərkən deyib. C.Həsənli Milli Şuradakı istefalara baxmayaraq, qurumun gələcək perspektivinə inanır: "Bu gün Rüstəm İbrahimbəyovla da 1 saata qədər bu məsələlərlə bağlı müzakirə apardıq. Milli Şuranın hədəfləri onun bəyannaməsində öz əksini tapıb. Biz daha çox bu hədəflərə qovuşmaq üçün mümkün olan imkanlardan istifadə edəcəyik. Kim bu yolu bizimlə getmək istəsə, məmnuniyyətlə onlarla gedəcəyik".
Qeyd edək ki, bu gün El" Hərəkatı sədrinin müavini Zəfər Quliyev Milli Şuranı tərk etdiyi barədə bəyanat yayıb. Z.Quliyev Milli Şuradan istefa verməsinin səbəblərini açıqlamayıb.
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34