"Həmsədrlər konkret addımlar atmalıdırlar"
09:56 11-01-2014
CƏMİYYƏT
"Həmsədrlər konkret addımlar atmalıdırlar"
"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycan tərəfinin haqlı mövqeyini nəzərə almalıdır və 2014-cü ildə danışıqların nəinki danışıqlar xatirinə intensivləşməsi, eləcə də konkret nəticə verməsi istiqamətində addımlar atmağa nail olmalıdırlar".
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışını şərh edərkən deyib.
B.Muradovanın sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, bu münaqişə uzanır: "Status-kvo dəyişməz olaraq qalır. Bu münaqişənin həll edilməsində vasitəçi olan qurumların dəfələrlə status-kvonun dəyişməsinin vacibliyini vurğulamalarına baxmayaraq, bu, bəyanatdan irəli getmir və vəziyyətin dəyişməsi üçün hansısa konkret addımlar atılmır. Çox düzgün olaraq cənab Prezident İlham Əliyev çıxışında da buna yer ayırdı və söylədiyi kimi, ötən il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ durğunluq nöqtəsində olub. Təkcə bu faktı çıxmaqla ki, ötən ilin sonunda prezidentlər görüşüb və görüşlərin davamlı olması barədə razılığa gəliblər".
Vitse-spiker bildirib ki, əlbəttə, status-kvonun dəyişməsi tələbi səslənirsə, onun reallaşmasının konkret nədən başlandığı da bəllidir: "Bu, Azərbaycan ərazilərinin işğalçı qoşunlardan təmizlənməsindən başlanır. Həmsədrlər status-kvonun dəyişməsini vurğulamaqla yanaşı, bu addımın atılmasının da vacib olduğunu söyləməlidirlər. Çox təəssüf ki, onlar bunu söyləyirlər, amma Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı mövqenin üzərindən sükutla keçirlər və haqlı olaraq bu da Azərbaycanın narazılığına səbəb olur".
B.Muradova qeyd edib ki, ötən müddət ərzində Ermənistan və Azərbaycanın mövqelərinə, vəziyyətinə baxsaq görərik ki, Azərbaycan getdikcə sürətlə inkişaf edir, Ermənistan isə getdikcə həm iqtisadi, həm demoqrafik, həm siyasi, həm də başqa məsələlər baxımından daha çətin bir duruma düşür:
"Odur ki, Azərbaycanın güclənməsi, hərbi qüdrətinin artması, cənab Prezidentin söylədiyi kimi, danışıqlar prosesinə yalnız müsbət yöndən təsir edə bilər və edir də. Çünki güc faktoru mütləq nəzərə alınmalıdır və Ermənistanı da qorxudan budur. Ona görə də həm Ermənistanın özündə, həm də onu dəstəkləyən dairələrdə Azərbaycanın bu artan gücü ilə bağlı qısqanclıq dolu fikirlər səslənir və bunu da başqa yönə istiqamətləndirmək istəyirlər. Cənab Prezident bununla bağlı öz məntiqli mövqeyini ortaya qoydu ki, Azərbaycanın güclənməsi heç bir dairənin, heç bir ölkənin, heç bir beynəlxalq qrupun söylədikləri kimi başqa məqsəd daşımır, Azərbaycan öz imkanlarını səfərbər edir, ölkə balanslı, tarazlı bir şəkildə inkişaf edir, iqtisadi inkişafla həmahəng olaraq hərbi qüdrəti də artır və burada qeyri-adi heç nə axtarmaq olmaz. Azərbaycanın hərbi qüdrətinin qorxulu olduğunu söyləyənlər dünyanı hərbi təzyiq altında saxlayırlar".
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24