Dağlıq Qarabağ - terrorçular və narkobiznes üçün əlverişli məkan
11:33 15-01-2014
CƏMİYYƏT
Dağlıq Qarabağ - terrorçular və narkobiznes üçün əlverişli məkan
Dövlət Komitəsi: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov ölkəmizdə səfərdə olan Norveç parlamentinin üzvü Karin Voldset, İslandiya parlamentinin üzvü Ogmundur Yonasson, Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, AŞPA-nın keçmiş üzvü Jaakko Laakso ilə dünənki görüşündə bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir.
Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır”.
Demokratik Tələbə Gənclər Təşkilatının Sədri Asif Əsgərlinin “Unkal”a dediyinə görə, “Azərbaycan dövləti narkotik alveri kimi transmilli cinayətkarlığa son qoymaq üçün Dağlıq Qarabağı humanitar fəlakət zonası elan edib orada hərbi əməliyyatlar keçirə və ərazini erməni işğalçılarının hər cür tör-töküntu fəaliyyətindən təmizləyə bilər. Azərbaycanın dünyada və regionda artan nüfuzu ona qarşı çirkli planları olan dövlətləri və digər qüvvələri müxtəlif vasitələrə əl atmağa “vadar etmişdir”.
Onun sözlərinə görə, “Nəzarətdən kənar qalan, separatçı quldur rejiminin və Ermənistanın qanunsuz hərbi birləşmələrinin işğalı altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda narkoticarətin və narkotiklərin tranziti geniş vüsət almışdır. Dəfələrlə Azərbaycan hakimiyyəti, təhlükəsizlik və hüquq-mühafizə orqanları, dövlət komissiyası işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda kütləvi şəkildə narkotik vasitələrin qanunsuz becərilməsi, texnoloji şəkildə hazırlanması, dövriyyəsi və daşınması haqda tutarlı, sübut-dəlillərə əsaslanan məlumatlar yaymış və bunu beynəlxalq aləmə və təşkilatlara çatdırmışdır. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar bu hesabatlara ciddi reaksiya bildirmir və belə demək mümkünsə yalnız seyrçi münasibətlə kifayətlənirlər. Bu isə o təşkilatların obyektiv, müstəqil fəaliyyətinə kölgə salır. Bu günlərdə Azərbaycanın təhlükəsizlik qüvvələrinin Dağlıq Qarabağdan qonşu İran vasitəsilə Azərbaycana külli miqdarda qanunsuz narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısını alması, müxtəlif formalı və çəkili narkotikləri müsadirə etməsi və bu işin “dəllalları”nı həbs etməsi təkcə sıradan olan bir əməliyyat hadisəsi deyil, illərdir ölkə hakimiyyətinin açıqladığı məlumatların təkzibolunmaz faktlarla təsdiqidir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Unikal”a söylədiyinə görə, “Dağlıq Qarabağda terror qruplarının hazırlanması üçün düşərgələrin mövcudluğu və işğal zonasında narkotiklərin becərilməsi nə Azərbaycanda, nə də dünyada heç kim üçün sirr deyil. Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparıdığı əməliyyatların birində yaxalanmış İran vətəndaşı istintaqa verdiyi ifadəsində bildirmişdi ki, narkotik maddələri Dağlıq Qarabağdan əldə edib. Bu tipli istənilən qədər faktlar mövcuddur. Mətbuatda getmiş məlumatlara görə, işğal zonasında terrorçu təşkilat olan PKK-nın da təlim bazası fəaliyyət göstərir. Bizdə də bu faktı təsdiqləyən sübutlar var”.
QAT sədrinin fikrincə, “Azərbaycan tərəfi bu faklardan səmərəli şəkildə istifadə edib sözügedən durumun araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasına nail ola bilər və həmin komissiya ərazini araşdırıb problemə son qoyulması üçün beynəlxalq qurumların ərazinin təmizlənməsi barədə sanksiya verməsinə nail ola bilər. Hesab edirəm ki, bu yöndə fəaliyyət başlasa, Dağlıq Qarabağ probleminin həllində təkan rolunu oynaya biləcək situasiya formalaşar”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49