Abbas Abbasovun telekanal projesinin gizlinləri
11:48 16-01-2014
CƏMİYYƏT
Abbas Abbasovun telekanal projesinin gizlinləri
Rusiya prezidenti "Azərross"un xəttiylə hansı maraqlarını həyata keçirtmək istəyir?
"Milyarderlər İttifaqı" və ona yaxın digər qurum "Azerros" yeni telekanal layihəsinə başlayır. Söhbət Albax TV layihəsindən gedir. Əslində Albax TV müxtəlif kanalların paketindən ibarət bir layihədir. Bu paketdə hətta Azərbaycanda fəaliyyət göstərən telekanallar da yer alıb. Amma söhbət ondan gedir ki, Albax-ın özünün də telekanalı olacaq.
Bu ART - "Azərbaycan-Rusiya TV" adlanır. Həmin kanal isə Azərbaycan, Gürcüstan, Türkiyə və digər dövlətlərə yayınlanacaq. Mənbənin dediyinə görə, yeni kanalda, yəni Azərbaycan-Rusiya TV-də xəbərlər, analitik icmal və digər siyasi-sosial mövzular daha çox yer alacaq.
Əldə etdiyimiz məlumatlara görə, bu kanala Cəmil Sadıqbəyov adlı bir şəxsin rəhbərlik edəcəyi gözlənilir. Xatırladaq ki, Sadıqbəyov əvvəllər "Azerros" qəzetinin baş redaktoru olub. Mənbənin məlumatına görə, kanalın Azərbaycan bürosunda çalışacaq əməkdaşların da siyahısı tutulub. Bu əməkdaşların əksəriyyəti adı bizə bəlli olan ölkənin tanınmış saytlarından birində çalışırlar.
Telekanalın ofisi isə Moskva şəhəri, Krasnya Presnya küçəsi 24 ünvanında yerləşir.
Bir qədər əvvəl isə Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun dəstəyi ilə radio da təsis edib. "Evrazia FM" adlanan bu radio birbaşa "Milyarderlər İttifaqı"nın üzvləri tərəfindən maliyyələşdirilir. Radionun "Evrazia.ru" saytı da artıq fəaliyyət başlayıb.
Bütün bunlar isə olduqca maraqlıdır və ortaya bir sıra suallar çıxarır. Görəsən, Abbas Abbasovun gözlənilmədən yeni media projelərinə start verməsi nəylə bağlıdır? Aydın məsələdir ki, bu heç də təsadüfi olmayıb və konkret məqsədlər daşıyır. Həmin məqsədlərin konkret olaraq nədən ibarət olmasına gəlincə isə bununla bağlı mənbəmiz qəzetimizə şok məlumatlar sızdırıb.
Mötəbər mənbənin "Unikal"a verdiyi məlumata görə bütün bu və ya digər layihələr birbaşa Kremldə hazırlanmış planın tərkib hissəsidir. Abbas Abbasovun konkret olaraq Rusiya prezidenti Vladimr Putinin dəstəyi və təhriki ilə bu işə girdiyini iddia edən mənbəmiz iddia edir ki, burada əsas məqsədlərdən biri Azərbaycanda və telekanalın yayınlanacağı planlaşdırılan Gürcüstanda anti-Rusiya ovqatını minimuma endirməkdir. Heç kimə sirr deyil ki, SSRİ-nin süqutundan sonra Rusiya Ermənistan istisna olmaqla bütün Qafqazı itirib və bu ölkələrdəki ictimai rəy hər zaman Rusiyanın əleyhinə olub. İndi bu layihəni həyata keçirməklə Rusiya Qafqaz ölkələrindəki zədələnmiş ictimai nüfuzunu qismən bərpa etməyə çalışır.
Bu işin baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvü ("Milyarderlər İttifaqı") Abbas Abbasova tapşırılması isə heç də təsadüfi deyil. Belə ki, Abbas Abbasov Rusiya rəhbərliyinin tam etibar etdiyi şəxslərdən biridir. Xatırladaq ki, Rusiya bundan başqa Abbas Abbasova digər üstünlük imkanları da tanıyıb. Məsələn, digər əcnəbi milyonçuların bazarlarının bağlanması fonunda Abbas Abbasov əksinə yeni ticarət obyektləri əldə etməkdə davam edir. Bunun təsdiqi kimi yalnız bir faktı xatırlatmaq yerinə düşər ki, yaxın gələcəkdə o Moskva vilayətinin Xlebnikovo qəsəbəsi yaxınlığında böyük bir meyvə-tərəvəz bazarı açacaq. Bu barədə redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, əslində, həmin yerdə əslən Ucardan olan Samir adlı azərbaycanlıya məxsus, rəsmi adı "Veqetta" olan, amma həmyerlilərimiz arasında Xlebnikovo bazası kimi tanınan bazar fəaliyyət göstərir. Abbasov həmin bazanın ərazisini, habelə əlavə olaraq 18 hektar ərazini də bir yerə birləşdirib, regionun ən böyük meyvə-tərəvəz bazasını yaradır. Adı çəkilən bazanın yaxınlığında Alim adlı iş adamına məxsus obyekt də (əslində mini-bazardır) yeni bazanın ərazisinə qatılacaq. Mənbənin dediyinə görə, Abbasov bu işdə tək də deyil. Bu işdə onun şəriki Rusiyada fəaliyyət göstərən Manqo şirkətinin sahibi Rövşən Cabbarovdur. Abbasovla Cabbarov hələ bir neçə il bundan əvvəldən biznes şərikidirlər. Onlar 2011-ci ildə Rusiyanın Voronej vilayətinin Ramonsk rayonunda 27 hektar torpaq sahəsi alıblar. Voronej vilayətinin qubernatoru Aleksey Qordeyevlə sövdələşməyə gedən Abbasov və Cabbarov vilayətdə çoxlu meyvə-tərəvəz anbarı tikiblər. Bu ilişkilər barədə həmin ərəfədə Rusiya KİV-i də məlumat yayılıb. Qaynaq qeyd edir ki, Abbasov Orxan Zeynalov olayından sonra bağlanan "Pokrov" bazarında çalışan azərbaycanlıları bura köçürmək istəyir: "Bundan başqa, demək olar ki, hər gün "Sadovod" adlanan və Quba yəhudilərinə aid olan bazarda gah total OMON yoxlamaları olur, gah da hansısa hadisə. Srağagün isə bu bazarda yanğın olmuşdu və azərbaycanlılara məxsus bir neçə ticarət pavilyonu yanmışdı. Abbasov və şərikləri bu bazarda çalışan azərbaycanlıları da Xlebnikovoya köçürmək niyyətindədirlər.
Göründüyü kimi, Abbas Abbasova yaradılan biznes şəraitinin ardınca indi də onun media layihələrinə "yaşıl işıq" yandırıblar. Bu isə sözün bütün mənalarında Rusiyanın ölkəmizə və o cümlədən Qafqaza yönəlmiş siyasətinin tərkib hissəsidir.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41