Robert Köçəryan böyük siyasətə dönmək niyyətindədir?
11:57 17-01-2014
CƏMİYYƏT
Robert Köçəryan böyük siyasətə dönmək niyyətindədir?
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın indiki dövlət başçısı Serj Sərkisyandan sonrakı taleyi onun ciddi narahatlığına səbəb olub. Onun son vaxtlar fəallaşması məhz bununla bağlıdır.
Armenia today saytının yazdığına görə, bunu dünən keçmiş prezident Robert Köçəryanla baş nazir Tiqran Sərkisyan arasındakı mübahisəni şərh edən müxalifətçi Qurqen Yeqiazaryan mətbuat konfransında bəyan edib.
Yeqiazaryan bildirib ki, “2013-cü il arxada qalsa da, Ermənistanda heç nə dəyişməyib, yeni il gələndən sonra insanların istilik və qida məhsulları ilə bağlı ciddi problemləri yaranıb. Bundan əlavə, Ermənistandan mühacirət edənlərin sayı böyükdür, ölkəni mütəxəssislər də tərk edirlər. Hakimiyyətdəkilər hər şeyi edirlər ki, ölkə ermənilərdən təmizlənsin. Mən artıq şübhələnməyə başlayıram ki, Ermənistanda böyük ehtimalla Türkiyə proqramı reallaşdırılır. Bunun fonunda keçən ilin sonlarında ikinci prezident Robert Köçəryan fəallaşıb”.
Onun fikrincə, “Bütün ölkə dağıldığı vaxtda onun fəallaşmaması mümkün deyil. Amma Yeqiazaryanın fikrincə, Köçəryanı bu məsələ o qədər də maraqlandırmır, onu Serj Sərkisyandan sonra vəziyyətin necə olacağı daha çox narahat edir. Axı o, hərbi çevriliş nəticəsində hakimiyyəti Serj Sərkisyana təhvil verib ki, onlar etdiklərinə və etmədiklərinə görə məsuliyyət daşımasınlar”.
Məlumatdan da göründüyü kimi, Ermənistanda paradoksal durum yaranıb. Köçəryan iqtidarda olarkən Moskvanın diqtəsi ilə oturub-durduğu məlum idi. Onun xələfi Serj Sərkisyanın da eyni havanı oynadığı da göz qabağındadır. Bs bu iki rusbaşlının arasında başlanmış münaqişə haradan qaynaqlanır?
Atlas Siyasi Araşçdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Unikal”a bildirdiyinə görə, “Ermənistanın müstəqillik tarixində Serj Sərkisyan qədər Kremldən bu qədər asılı vəziyyətə düşən prezident olmayıb. Hətta Rusiya prezidenti Putinin yaxın dostu Köçəryan belə Ermənistana rəhbərlik etdiyi illərdə Kremldən daha az asılı idi. Sərkisyan ikinci dəfə prezident olmaq və bunun üçün Kremlin razılığını almaq məqsədilə Rusiya hakimiyyətinin hər istəyini canla-başla yerinə yetirirdi”.
Politoloq Elxan Şahinoğlu da bu qənaətdədir ki, Rusiyanın Sərkisyanla Köçşəryan arasında yaratdığı ziddiyyət bölgədə sabitlik atmosferinə ziyan gətirə bilər. Rusiya yenidən fövqəldövlət olmaq niyyətinə düşüb. Bu əsasda da o özünün hərbi gücünü artırmağa çalışır. Nəinki Şimali Qafqazdakı, ümumiyyətlə, bütün bölgələrdəki hərbi gücünü artırır, ordusunu müasir hərbi texnika ilə möhkəmləndirir. Hətta Arktika və Antraktidada belə hərbi bazaları formalaşdırır. Rusiya Azərbaycanla münasibətinin normal olduğunu bildirir, Ermənistana isə öz forpostu kimi yanaşır”.
Politoloq hesab edir ki, eks-prezident Köçəryan məhz Moskvanın diqtəsi ilə aktivləşib: “Çox güman ki, Ermənistanda baş verə biləcək sosial-siyasi təbəddülatlar ehtimalı Köçəryanın ehtiyat oyunçular skmayasından tərpədib bir qədər fəallaşdırmağa vadar edir”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Unikal”a verdiyi açıqlamaya görə, “Son günlərdə Ermənistanda qeydə alınan zahiri Köçəryan-Sərkisyan qarşıdurması, zənnimcə, erməni siyasətçilərinin növbəti oyunundan başqa bir şey deyil. Xatırlayırsınızsa, Rusiya prezidenti Vladimir Putin İrəvana səfər edərkən Ermənistan müxalifəti və vətəndaş cəmiyyəti qurumları etiraz aksiyası təşkil etmişdilər. Lakin polis onlara qarşı çox yumşaq davranırdı. Bu aksiya quraşdırma bir oyun idi. Ermənistan Qərblə manevr imkanlarını saxlamaq üçün belə bir tamaşaya əl atmışdı. Yəni “Hakimiyyət Moskvanlın yanında olsa da, Erçmənistan müxalifəti və vətəndaş cəmiyyəti institutları Qərbi istəyir”.
Partiya sədrinin sözlərinə görə, “Hazırkı Sərkisyan-Köçəryan qarşıdurması da belə bir siyasi tamaşadır. Yəni demək istəyirəm ki, Ermənistan müxalifəti və hakimiyyəti dövlətçilik və milli maraqlar naminə əlaltından işbirliyinə gedirlər. Zənnimcə, bu üsul düzgündür”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33