Ölkədə korrupsiya cinayətləri azalır...
11:18 18-01-2014
CƏMİYYƏT
Ölkədə korrupsiya cinayətləri azalır...
2013-cü ildə 230 cinayət xarakterli material araşdırılıb, onların 69%-i üzrə cinayət işi başlanıb
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü ildə respublikada qeydə alınan korrupsiya cinayətləri barədə açıqladığı statistikadan aydın olur ki, ölkədə korrupsiya faktları azalmayıb. İdarənin rəisi Kamran Əliyev qeyd edib ki, həmin müddətdə vətəndaşların 1860 müraciətinə baxılıb, həmçinin 230 cinayət xarakterli material araşdırılıb, cinayət xarakterli materialların 69%-i üzrə cinayət işi başlanıb.
Göründüyü kimi, korrupsiya faktları kifayət qədərdir və azalma tendensiyası müşahidə olunmur. Bəs bunun səbəbləri nədir?
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin “Unikal”a verdiyi açıqlamaya görə, “Həqiqətən də, 2012-ci illə müqayisədə 2013-cü ildə ölkədə qeydə alınmış cinayət xarakterli korrupsiya faktlarında artım tendensiyası müşahidə olunur. Belə ki, bütün instansiyalar üzrə məhkəmələrə göndərilmiş cinayt işlərinin sayı ötən ilə nisbətən çoxdur. Lakin bu o demək deyil ki, müvafiq dövlət strukturları yaxşı işləmir. Nikbinlik doğuran hal budur ki, əhali korrupsiyaya qarşı mübarizə aparmaqda dövlət strukturlarına etibar etməyə başlayıb”.
Nuriyevin sözlərinə görə, “Korrupsiya sistemli hal aldığı üçün ona qarşı mübarizə də sistemli aparılmalıdır. Mənim fikrimcə, müvafiq qurumlar öz fəaliyyətlərində yetərli şəkildə koordinasiya yarada biliblər və bu da korrupsiyaya qarşı mübarizənin yeni mərhələyə qalxmasından xəbər verir. Məsələ burasındadır ki, bu kimi hallara qarşı mübarizə aparmaq üçün təkcə Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaratmaqla iş bitmir. Bu qurumun son illər ərzində keçirdiyi uğurlu əməliyyatların önəmini azaltmamaqla qeyd etməliyəm ki, korrupsiyanı doğuran amilləri önlmək üçün yaradılmış qurumların işini də xüsusi vurğulamaq lazımdır. Bu amillər sırasında ilk yerdə duranı vətəndaşlarla hökumət məmurları arasında təmassız ünsiyyətin qurulmasıdır. Bu baxımdan ASAN xidmətin yaradılması və onun işi təqdirəlayiqdir. Təssəvvür edin ki, bu qurum 2013-cü ildə 1 milyon nəfər vətəndaşımıza xidmət göstərib. Bu fakt korrupsiyaya qarşı mübarizənin dinamikasının yüksəlməsindən xəbər verir. Başqa bir amil elektron hökumət yaradılması istiqamətində görülən uğurlu işlərlə bağlıdır. Ötən il ərzində 200-ə qədər hökumət idarəsi elektron saytlar vasitəsilə vətəndaşlarla təmasa və xidmətə başlayıb və gələcəkdə bu saytların sayının 400-ə çatdırılması nəzərdə tutulur. Etiraf edin ki, vətəndaşların məmurlarla bu cür təmassız ünsiyyəti sayəsində korrupsiya faktları xeyli azalacaq”.
Onun fikrincə, “Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yalnız aşağı dövlət orqanlarında aparılması yanlış təsəvvürdür. Korrupsiya ilə bağlı cinayətlər mürəkkəb cinayət olduğundan bu məsələdə maksimum dərəcədə diqqətli olmaq tələb edilir. Əsas üstünlük ondadır ki, korrupsiya ilə bağlı yayılan bütün məlumatlarda təqsirləndirilən şəxs cinayət başında yaxalanır. Bu isə imkan verir ki, həmin şəxs barəsində dərhal həbs-qətimkan tədbiri seçilsin. Düzdür, bəzən korrupsiya ilə bağlı mübarizənin hökumət strukturlarının ən aşağı qatlarında aparılmasından narahatlıq və narazılıq eşidilir. Amma narahat olan şəxslər bilməlidirlər ki, bu, elə də asan məsələ deyil. Çünki bu tipli cinayətlərin aşkarlanmasında mütləq vasitəçi lazımdır”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00