Dünya siyasətçiləri Facebook-da nədən yazır?
11:20 19-02-2014
DÜNYA
Dünya siyasətçiləri Facebook-da nədən yazır?
Obamadan Abdullah Gülədək bir çox liderlərin sosial şəbəkə gündəliyi
Facebook sosial şəbəkəsi öz ətrafına adi insanlarla yanaşı, müxtəlif tanınmış simaları da toplayır. Onların sırasında hətta dünyada tanınan siyasi xadimlər də var. Dünyanın müxtəlif tanınmış siyasətçilərinin rəsmi səfiləri hansı məlumatları paylaşır, sosial şəbəkə əhlinə nələri təqdim edir? modern.az saytı bununla bağlı araşdırma aparıb.
Türkiyə prezidenti Abdullah Gülün rəsmi səhifəsində əsasən işgüzar görüşləri, Türkiyəyə rəsmi səfər edən digər ölkə başçılarını qarşılaması (Rumıniyanın dövlət başçısı Traian Basescuyu, Fransa prezidenti Fransua Ollandı, Sloveniya prezidenti Borut Pahoru, Moldova dövlət başçısı Nicolae Timoftini və başqalarının Çankaya köşkündə qarşılanması) barədə xəbərlər üstünlük təşkil edir.
Məsələn, Fransa prezidentinin Türkiyəyə səfərindən 20 fotoşəkillə müşayiət olunan bu status paylaşılıb: "Türkiyəyə rəsmi səfər edən Fransa prezidenti Fransua Olland Çankaya köşkündə prezident Abdullah Gül tərəfindən qarşılandı. Baş tutan mətbuat konfransından əvvəl iki ölkə arasında bir neçə müqavilə imzalandı. Prezident Gül, prezident Hollandın şərəfinə rəsmi axşam yeməyi verdi. Səfərin ikinci günündə prezident Gül qonaq prezident Hollandı Tarabya köşkündə qəbul etdi və daha sonra hər iki lider Türkiyə-Fransız İş Forumunda iştirak etdi. Prezident Hollandın Türkiyə səfəri, 22 il aradan sonra Fransadan Türkiyəyə dövlət başçısı səviyyəsindəki ilk rəsmi səfər xüsusiyyətini daşıyır".
Abdullah Gülün Facebook səhifəsində bundan başqa onun Batıkent-Sincan metro stansiyasının açılış mərasiminə qatılması, Kara Harp Okuluna (məktəbinə) baş çəkməsi, Türkiyənin müxtəlif bölgələrini ziyarət etməsi, Çankaya köşkündə müəllimlərlə görüşməsi, mədəniyyət və incəsənət xadimlərinə mükafatlar verməsi, Abdullah Gül və həyat yoldaşı Hayrünnisa Gülün yer aldığı, 2013-cü ildən yadda qalan şəkillər, Ankarada "Aşqabad günləri çərçivəsində" Ankara ASKİ Qapalı İdman Salonunda təşkil olunan Türkmənistan Dövlət Sirkinin nümayişini izləməsi kimi məlumatlar da öz əksini tapıb.
Qeyd edək ki, bu məlumatlar yalnız türk dilində verilir. Səhifə 1.668.299 nəfər tərəfindən bəyənilib.
ABŞ prezidenti Barak Obamanın rəsmi səhifəsini 38.967.142 nəfər bəyənib. Səhifədə ingilis dilində, əsasən Obamanın saytından məlumatlar paylaşılır. Bu məlumatlara onun görüşləri, çıxışları, müxtəlif kampaniyalara çağırış və s. daxildir.
Prezidentin həyat yoldaşı Mişel Obama ilə şəkilləri də səhifədə öz əksini tapıb. Məsələn, Mişel Obamanın ad günündə çəkilən fotoşəkillə bağlı bu status paylaşılıb: "İnanılmaz birinci xanımın doğum günü mübarək!".
Almaniya Kansleri Angela Merkelin səhifəsində Merkelin iştirak etdiyi müxtəlif konfranslardan materiallar, qonaq olduğu televiziya proqramlarının video yazısı, gündəmlə bağlı statuslar (öz idmançılarına Soçi Qış Olimpiadasında uğurlar diləməsi, Ukraynadakı mövcud durumu ilə bağlı), yeni il təbriki və başqa informasiyalar yer alıb. Səhifəni 471.441 adam bəyənib.
Gürcüstanın keçmiş prezidenti Mixail Sakaşvilinin rəsmi Facebook səhifəsində məlumatlar əsasən gürcü dilində təqdim olunur. Lakin ingilis və rus dillərində informasiyalara da rast gəlinir. 259.165 nəfərin bəyəndiyi səhifədə şərhlər isə gürcü, ingilis, rus, hətta türk dilində var. Paylaşılanlar arasında Sakaşvilinin Şimali Qafqaz konfransında çıxışının video yazısı, onun haqqında deyilən xoş sözlər, keçmiş prezidentin "The New York Times", "The Wall Street Journal"da çap olunmuş yazıları, müxtəlif yerlərdəki çıxışı, görüşləri, gördüyü işlər barədə (Sakaşvilinin təhsil təşəbbüsləri və s.), mitinqlər zamanı Ukraynaya getməsi, oradakı çıxışı, Saakaşvilinin uşaqlıq, əsgərlik dövründən olan, ailəsi ilə şəkilləri öz əksini tapıb.
Ukraynadakı hadisələrlə bağlı statuslarından biri: "Münhendən qayıdarkən Ukrayna inqilab liderləri ilə görüşdüm. Görünürdü ki, onların planı və fikri var. Kliçkonun çıxışı 9 ildən bəri Münhendə eşitdiyim ən ruhlandırıcı çıxış idi. O, almanca çox yaxşı danışırdı. Qısası, ingiliscə suallara cavab verərkən dəqiq cümlələr qurur və inandırıcı danışırdı. Həqiqətən, ümidverici liderdi. Sammitdə birgə olmaqdan zövq aldığım Arseniy Yatsenyuk idi. Kiyev universitetindən illlərlə tanıdığım, mənim köhnə tanışım olan Petya Poroşenko ilə rastlaşdıq. Problemlərdən xəbərdar olsaq da, həllinə hazır idik. Ukrayna və regionun gələcəyi haqda düşüncəm optimistdir".
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi səhifəsi 3.322.933 adam tərəfindən bəyənilib. Səhifədə Ərdoğanın rəsmi səfərləri, Sadi Konuk Eğitim ve Araştırma xəstəxanasının açılışına qatılaraq vətəndaşlara xitab etməsi, Başakşehir şəhər xəstəxanasının təməl qoyma, yol açılış mərasiminə qatılması, Türkiyənin ilk metro körpüsündə çəkilmiş fotolar, müxtəlif xarici səfərləri (22-ci Qış Olimpiya Oyunları münasibətilə təşkil olunan mərasimdə iştirak etmək üçün Rusiyaya getməsi, Almaniyada Angela Merkellə görüşməsi və s.), mətbuat konfranslarında iştirakı və digər məlumatlar paylaşılıb.
Misranə Həsənzadə
Digər Xəbərlər
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11