Özünü yandıran əlil nələr danışdı?
11:21 19-02-2014
DÜNYA
Özünü yandıran əlil nələr danışdı?
Nizami Kərimov: "İntihar edən 8 nəfərdən tək mən sağ qaldım"
"Uzun sürən məşəqqətli müalicə prosesindən sonra özünü yandıran əlil Nizami Kərimovun həyatı üçün təhlükə sovuşdu. O, artıq palatadadır. Qulağında, qolunda, bədəninin bir neçə nahiyəsində yanıq yaraları var. Müalicə zamanı xəstə çox ağrılar çəkdi. Ümid edirəm ki, bu yaralar da 10 gün içində sağalıb evinə qayıdacaq". Bunu modern.aza 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov deyib.
Şöbə müdiri son zamanlar özünü yandıraraq intihar edənlərin çoxaldığını və bir həkim, insan kimi bundan çox narahat oduğunu söyləyib: "Bütün xəstələr sarğılar sırasında, ağrı çəkdikləri vaxt, əməliyyatdan sonra peşman olduqlarını deyir. Bir daha belə bir şey etməyəcəklərini söyləyirlər. İnşallah, insanlar özünü yandırmaz, nə özləri, nə də həkimlər bu qədər əziyyət çəkər".
"Əlilə hörmət qoymurdu, barı şəhid
qardaşına hörmət qoyaydı"
modern.az-ın əməkdaşı özünü yandırmış Nizami Kərimova da baş çəkib. Vəziyyəti artıq yaxşılaşan əlil "Özünüzü niyə yandırdınız" sualına "Özümü yandırmaqdan başqa mənə yol qoymadılar", - cavabını verdi: "2-ci qrup əlil, həm də şəhid qardaşıyam. Yoladışımı göndərdim Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin rəisi Natiq Məmmədovun yanına ki, onunla danışsın. Çünki özüm pilləkənləri çıxıb-düşə bilmirdim. Özümü yandıranda heç nə gözümə görünmədi. Mən haqqım olan sosial yardımı ala bilmirdim. Altında 100 minlik maşını olanlar sosial yardım alır. Bu necə ola bilər axı?! Əliləm, mənə qiymət vermədi, axı mən həm də şəhid qardaşıyam. Heç olmasa ona hörmət edərdi. İndiyə qədər maraqlanmayıblar. Bir yararsız maşınım var. Natiq Məmmədov deyir ki, "Maşını olan yardım almır". İcra Hakimiyyətinin başçısı Qoca müəllim çox yaxşı insandır, amma Natiq Məmmədov harınlayıb".
Nizami Kərimovun dediyinə görə, Əhalinin Sosial Müdafiə Mərkəzində çalışan Rövşən Məhərrəmov ona baş çəkib, uşaqlar ilə maraqlanıb: "Həkim Vüqar Ələkbərov isə məni həyata qaytardı. Özünü yandıran 8 nəfərdən tək mən sağ qaldım. Həkim təmənnasız şəkildə bütün müalicəmi boynuna çəkdi. Ağır, bahalı dərmanlarla məni sağaltdı. Ona minnətdaram".
"Natiq Məmmədov üstümdən keçdi"
Həyat yoldaşı isə deyir ki, Nizami intihara cəhd edəndən sonra onu xəstəxanaya apardılar: "Mən də Natiq Məmmədovun yanına getdim ki, görüm nə baş verir. Qapısının ağzında ürəyim getdi, Natiq Məmmədov üstümdən keçib getdi. Bir qurtum su da vermədi. Prezident qərar verib ki, aztəminatlı ailələrə sosial yardım verilsin, məgər bu mənə öz cibindənmi verirdi pulu?! Natiq Məmmədov Nizamini qəbul etsəydi, bütün bunlar da baş verməzdi. O vaxtdan bu yana nə gəlib, nə də bir zəng edib halımızı soruşub. Ümumiyyətlə, bizə yardım edən də olmayıb".
Qeyd edək ki, Nizami Kərimov yanvarın 27-də səhər saatlarında Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin qarşısında intihara cəhd edib.
Gülşən Raufqızı
Digər Xəbərlər
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11
2024-12-25 14:07:02