Azərbaycanın "Eurovision" təmsilçisi: "Şansımız var"
06:38 07-05-2014
ŞOU
Azərbaycanın "Eurovision" təmsilçisi: "Şansımız var"
Azərbaycanı Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımovanın müsahibəsi.
- "Eurovision" səhnəsində çıxış etmək Dilarə Kazımova üçün nə deməkdir?
- Vətənimi "Eurovision" mahnı müsabiqəsində təmsil etdiyim üçün qürur duyuram. Azərbaycan musiqisinin zənginliyinə artıq bələd olan avropalılar bizim musiqiçilərin hər janrın öhdəsindən gələ biləcəyinə bir daha şahid olacaqlar. Bu cür zəngin musiqi mədəniyyəti olan ölkəmi bu yarışmada layiqincə təmsil etmək və mənə olan ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Ölkəmi bu yarışmada təmsil etmək mənim üçüm böyük məsuliyyətdir.
- Artıq ilk iki məşq geridə qalıb. Səhnə sənə necə təsir bağışladı?
- Komandamız yarımfinal çıxışına ciddi hazırlaşır. Baş tutan hər iki məşq zamanı səhnədə özümü rahat hiss edirdim. Səhnədəki ifam yüksəklikdə olan ip üzərində akrobatik hərəkətlər edən xanımın nümayişi ilə müşayiət olunur. Artıq yarımfinal mərhələsində çıxış etməyə tam hazıram. İnanıram ki, tamaşaçılar ifamdan və səhnə performansımızdan zövq alacaq və bizə səs göndərəcəklər.
- Səhnədəki çıxışın zamanı hansı hissləri keçirirdin?
- Həyəcan və məsuliyyət. Təbii ki, bu iş yalnız mənim adımla deyil, ölkəmlə bağlı olduğu üçün səhnədə bunun həyəcanını daha çox hiss edirəm. Əslində xoş bir həyəcan hissidir bu, çünki xalqımın mənə olan ümidlərini doğrultmaqdan irəli gəlir. Amma onu da etiraf edim ki, səhnədəki çıxışım zamanı həyəcan hissindən daha çox məsuliyyət hissi məni müşayiət edir. Bu işin öhdəsindən bu dəfə də alnıaçıq gələcəyimizə əminəm.
- Bu ilki yarışmada mahnıların əksər hissəsini balladalar təşkil edir. Sənin ifa etdiyin mahnı digərlərindən nə ilə fərqlənir?
- Digərlərindən fərqli olaraq, bizim mahnımız sevgidən bəhs etmir. Bizim musiqinin fərqli cəhəti mahnının insanlara birliyə səsləməsidir. Gələcəyə doğru addımlayarkən keçmişini unutmamaqdan, xatirələrdən bəhs edir.
- Öz ifanla səni "Eurovision" səhnəsində izləyən tamaşaçılara hansı mesajı ötürmək istəyisən?
- Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır. Mahnının ideyası insanların bir-birinə diqqət və qayğı ayırmasına həsr olunub. Əminəm ki, yaxşılıq zəncirvari reaksiyadır. Kiməsə yaxşılıq etdiyin təqdirdə həyatın sənə yaxşı davranacağını gözləyə bilərsən. Buna inanmaq lazımdır. Gəlin dünyamızı gözəlləşdirək, çünki biz özümüz də onun bir parçasıyıq.
- Hansı ölkə tamaşaçılarından yüksək xallar gözləyirsən?
- Təbii ki, hər bir ölkədən mənə yüksək xalın gəlməsini gözləyirəm. İnanıram ki, builki çıxışımız da tamaşaçılar tərəfindən layiqincə qiymətləndiriləcək.
- Rəqiblərin arasında həm də öz favoritlərin varmı?
- Builki yarışmada çox güclü mahnılar və səhnə performansları var. Favoritlərin adını çəkmək mənim üçün çətindir. Amma iştirakçılardan bəziləri ilə artıq yaxşı münasibətlərimiz formalaşıb. Onların arasında Rusiya, Litva, Macarıstan və Polşa təmsilçilərinin adlarını çəkə bilərəm.
- Yarımfinal ərəfəsində dünya azərbaycanlılarına nə demək istərdin?
- Bütün dünya azərbaycanlılarından dəstək gözləyirəm. Bilirəm ki, hər kəsin ürəyi mənimlədir. Özümə çox güvənirəm və inanıram ki, bizim yenidən qalib olma şansımız var.
Digər Xəbərlər
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40
2024-12-20 23:03:04