Bəşər ölkəsini dəhşətli morqa çevirən orqan mafiyası yaradıb
10:39 27-05-2014
DÜNYA
Bəşər ölkəsini dəhşətli morqa çevirən orqan mafiyası yaradıb
Şəxsiyyətindəki narahatlıq Suriya diktatorunu qorxulu lənətə çevirir
Diktatorlar rəqiblərinə qarşı həmişə dözümsüz olurlar. Diktator rejimi üçün rəqib cəbhəni təkcə müxalifət yox, etiraz edən sadə kütlə də təşkil edə bilər (olaylar.az).
Saxta vətənə xəyanət ittihamı, məntiqsiz çevriliş etmək cəhdləri və s. qondarma ittihamlar müxalifətə əsas hücum silahı sayılır. Diktatorlar sistemli təzyiq siyasətində uğur qazanmaq üçün kütləni yoxsulluq dərəcəsində saxlamağı sevirlər. Rəqiblərini mozaika kimi dağıtmağa hobbi kimi baxırlar. Müxtəlif bezlərlə cilalanmış min bir üzləri olur. Bir çox ölkələrin hələ də sağ qalmış, iqtisadi mənfəətləri üçün iqtidarda olan poker üzlü diktatorları var. İqtidarları əllaməlikdən başqa heç nə deyil. Ətrafları filvari yoldaşları ilə həmişə dolu olur. Orta əsrlərin bitlənmiş kağızları üzərindəki qanunlar hələ də onlar üçün keçərlidir. Qanun terrorçularıdır.
Bütün diktatorların üzləri köhnədir. Taxdıqları maskaların hamısı eynidir. Şüursuz və şüurlu motivasiya arasında fərq edə bilmirlər. Böyük danışırlar və çox mərhəmətsizdirlər. Məsələn, alban Ənvər Xoca, Stalin, haitili Papa Dok Duvaliyer, iraqlı Səddam Hüseyn, çilili Avqusto Pinoçet, ispan Fransisko Franko, İdi Amin, rumın Nikolay Çauşeku, Menqistu Ailemariam, kambocalı Pol Pot, elə suriyalı Bəşər Əsədin özü dərin psixoloji və emosional travmadan sindromundan əziyyət çəkiblər.
Diktatorların şüurunda bədxassəli nasisizm anlayışı var. Yəni ki, onlarda vicdan yoxdur, mənəviyyatları vakkuum içərisindədir. Narsist diktatorlar üçün sərbəst təcavüz, paranoid dünyagörüşü, dəbdəbəli həyat və yalandan şişirdilmiş şəxsiyyət siması xarakterikdir. Amoral xarakterləri özlərini sübuta yetirmək üçün həmişə messianik rəqmlərdən istifadə etməyə məcbur edir, bu cəmiyyət və kənar dövlətlər üçün eynidir. Özlərini də şəxsi fantaziyaları ilə idarə edirlər. İdarəçiliyində olan cəmiyyətləri meqalomaniya içərisində axlamağı evirlər. Ənənələri məhdud mühasirə içərisində saxlayırlar. Tanrısal şöhrətləri olduqlarına inanırlar. Məqsədlərinə nail olmaq üçün istənilən rəqəmi göstərən amansız siyasi kalkulyatorları var. İstənilən qərarları qotazlıdır. Yəni, anormaldır. Bədxassəli narsist şüurları dəhşətli cinayətlərin, dəhşətli vəhşilikləri törətmələrinə imkan verir.
Saxta təvazökardırlar. Bir diktatora görə, Allahın hökmranlığı onun simasında insan çərçivəsinə yazılır. Ən pis şey onlar üçün ölməkdir. Ölməmək üçün hər şeyi edirlər.
Məsələn, Bəşər Əsəd. Suriyalının cinayətlərinin psixoloji mənşəyi mənəm-mənəmlik çərçivəsindədir. Əsəd üçün özünü riqqətə gətirməyin bir yolu var: öldürüb sağ qalmaq. Qaydaları üçün hissiz yelbeyinlik xarakterikdir. Bir köşəsi olan siçovullar üçün yalnız tək çıxış yolu var: Küncünə sıxılıb ölənədək pişiklə mübarizə aparmaq. Suriyada Bəşər Əsəd üçün qalan yeganlə daldanacaq Dəməşq kimi.
Bəşərin təkcə yazdığı yox, təbiətin fiziki qanunlarını da iradəsinə əymək meyli var. Əsl peşəsi oftalmoloq olan suriyalı vaxtilə utancaq və ictimai sıxlıq içərisində narahat şəxsiyyət tipi olub. Böyüklərə, xəstələrinə hörmət edən, sakit, nəzakətli, həm də diqqətli həkim idi. Tədricən atası Hafiz Əsədin xarakterini mənimsəyən Bəşər bu gün Suriyanı dəhşətli morqa çevirən orqan mafiyası yaradıb. Əsl cəlladır. Atası da qəddar, kütləvi qatil idi. Vaxtilə Hafizin bu siması oğul Əsəd üçün tərs məntiq sayılırdı. Lakin Bəşər güclü və iradəli olsaydı atasının zəhərli qədəhindən imtina edərdi. Latın amerikalı qanqsterlər qurbanları üçün bir seçim verirlər - "plata o plomo", yəni gümüş və ya qurğuşun, pul və ya güllə. Bəşər gümüşdən imtina edib qurğuşunu seçdi. Daxili narahatlığı atasının çirkin siyasi ənənəsilə kəsişdi.
İrsi monarxlar iqtidarlarının sağ qalması üçün həddindən artıq qurban tələb edirlər. Estetik abidələri pul və hakimiyyət xərclərinə görə, mənəviyyatlarını tərk edir. Diktatordan estetik dəyər gözləmək axmaqlıqdır. Psixopatiya diaqnostikası diktatorların psixi və anti-sosial pozğunluqlarının olduğunu sübuta yetirib. Yalançıdırlar. Sadist və xəsisdirlər. Böyük enerji potensilları var, tez-tez psixoloji makyajlarını dəyişirlər. Həqiqət, mənəvi kompas, sosial normaları yoxdur, nəticə qorxuları var. Daxillərində monitorinq aparmırlar. Əqli funskyalarındakı çatışmazlıq fizologiyalarını həmişə stressdə saxlayır. Eyni çərçivədə olan Bəşəri başa düşmək olar. Şəxsiyyətindəki narahatlıq suriyalını qorxulu lənətə çevirir.
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40