İrana ən böyük təhlükə: Ermənistan
13:45 28-06-2014
DÜNYA
İrana ən böyük təhlükə: Ermənistan
Bu təhlükə ABŞ-ın yaxın müttəfiqi olan İsraildən gözlənilən təhlükədən də daha ciddidir
Uzun müddətdir Tehran özünə əsas təhlükə kimi İsrail dövlətini hədəfdə saxlayır. ABŞ-ın yaxın müttəfiqi olan ölkədən ehtiyatlanmaq bəlkə də səbəbsiz deyil. Ancaq qətiyyətlə demək olar ki, islam respublikası üçün daha ciddi təhlükə onun şimal sərhədində yerləşən Ermənistandır.
Elə də uzaq olmayan tarixə nəzər salsaq görərik ki, bu dövlət elə əzəldən İrana qarşı qurulan istehkamdır. Qafqazı mənimsəmək istəyən Rusiya XIX əsrin əvvəllərində hərbi təcavüz yolu ilə bu diyarı ələ keçirir. Araz çayından Qafqaz dağlarına sarı Azərbaycan əraziləri İran iqtisadi-mədəni sivilizasiyasından qoparılaraq rus imperiyasına ilhaq edilir. Bu hərbi müvəffəqiyyəti əldə saxlamaq və həzm etmək məqsədilə İranın kapitulyasiya aktına xüsusi bənd yazdırılır: İranda yaşayan ermənilərin Rusiya tərəfinə köçürülməsi tələb olunur. Acı məğlubiyyətə uğrayan ölkə bunu yerinə yetirməyə məcbur idi (qəribədir ki, bu təslim aktı olan sənədlər indiyə kimi "sülh müqaviləsi" adlanır). "Ermənistan" adlı dövlətəbənzər qurumu rus imperiyası vaxtilə məhz İrana qarşı forpost (ön cəbhə) olaraq yaradıb.
Ermənilərin bu torpaqlarda (xüsusən sərhəd məntəqələrdə) yerləşdirilməsi heç də təsadüfi deyildi. İranın məğlubiyyətə uğramasında onların casus kimi və hətta köməkçi qüvvə qismində iştirakı, müsəlman düşərgəsində təxribatlar və terror əməlləri törətməsi az rol oynamayıb (məsələn, Gəncənin 1804-cü ildə işğal edilməsində ermənilərin rol oynadığı məlumdur).
Digər tərəfdən İranın özündə erməni kilsələrinin, millətçi şəbəkələrin geniş kök salması da nəzərə alınırdı. Yəni İranın daxilindəki proseslərdən kəşfiyyat xarakterli məlumatlar almaq məsələsi bu minvalla təmin olunurdu. Əksər millətlərdən (gürcülərdən, xristian-udinlərdən, rusların özündən və s.) fərqli olaraq ermənilər birgə yaşadıqları insanlara xəyanət etməyə qadirdir. Nankorluq sanki bu etnosun qanında-genindədir, bunu bütün tarixi mənbələr göstərir. Məhz bu səbəbdən İrana, Azərbaycana və lazımi məqamlarda digər qonşulara qarşı istifadə oluna biləcək ermənilərlə məntəqənin məskunlaşdırılması planı həyata keçirildi.
Aradan təxminən 170 il ötüb və dünyanın siyasi mənzərəsi bu gün tamamilə dəyişib. Bir zaman superdövlət olan Rusiya get-gedə qüvvədən düşməkdədir, dünyada hegemonluğa iddiaçı bu gün ABŞ-dır və xislətinə uyğun olaraq erməni toplumu artıq Qərbə yarınmağa can atır. Okeanın o tayında və Avropada onların güclü himayədarları mövcuddur, Ermənistan sadəcə marıqda durub Rusiyanın lazımi dərəcədə zəifləməsini gözləyir. Fürsət düşən kimi, heç şübhəsiz ki, özlərini ABŞ-ın qucağına atacaq, Qərbin müvafiq hərbi bazalarına geniş imkanlar verəcəklər; bu, çətin olmayacaq, çünki Gürcüstan vasitəsilə Qara dənizə çıxış var. Yeri gəlmişkən, elə bu günlərdə ABŞ Konqresi növbəti dəfə təcavüzkar ölkəyə və separatçı Dağlıq Qarabağ rejiminə milyonlarla maliyyə vəsaiti ayırıb...
Azərbaycan neçə ildir güclü təzyiqlərə baxmayaraq öz ərazisindən qonşu ölkələrə qarşı hərbi məqsədlə istifadəyə yox deyir. Həm də bunu sadəcə özünü qorumaq instinkti səbəbindən deyil, insaniyyət, ləyaqət, islami vicdan naminə edir. Lakin ermənilər mənəvi qanunlara məhəl qoymayan qövmdür, onlar şər qüvvələrin məntəqədə yuva salmasına yol açacaqlar.
Hələlik isə məxfi işlər görmək, İranın ayağının altını qazmaqla kəşfiyyat xarakterli materialları günbatana ötürmək, İrandaxili hadisələrin iğtişaşlara çevrilməsinə çalışmaq, təxribatlara mühit hazırlamaq və başqa işlərlə məşğuldurlar. Ermənistan bu gün özünü İrana dost kimi göstərir, çünki sadəcə buna məcburdur: Rusiyanın siyasəti bu gün belə davranışı tələb edir. Lakin cənublu qardaşlarımız bilməlidir ki, hayların tək Azərbaycana, Gürcüstana, Türkiyəyə deyil, İrana qarşı da ərazi iddiaları var, bunu hələ sadəcə dilə gətirmirlər, onlar hər an İranı viran etməyə hazırdırlar.
İsmayıl Vəliyev
Digər Xəbərlər
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11
2024-12-25 14:07:02
2024-12-25 14:03:00
2024-12-25 13:47:43