"Bilmişəm ki, xəyanət olacaq aradan çıxmışam"
13:57 28-06-2014
ŞOU
"Bilmişəm ki, xəyanət olacaq aradan çıxmışam"
Ulvira Qarayevanın müsahibəni təqdim edirik:
- Yenidən ailə həyatı qurmaq barədə nə düşünürsünüz?
- Suyu, südü üfləyə-üfləyə içirəm. Çox ehtiyatlı davranıram bu məsələlərdə... Mənimlə bağlı nə baş verirsə, gizli saxlayıram. Artıq indi belə hesab edirəm ki, ailəsiz qadın xoşbəxt ola bilməz. İnsana evi, ailəsi qalır. Hər bir qadına ailə həyatı lazımdı, içi mən daxil.
- Yəni?
- (gülür) Ehtiyatla.
- Elə insan var deyir, 2 dəfə ailə həyatı qurdum yetər, bitdi.
- (gülür) Yox, mən elə insanam ki, mənim yenidən nəsə etməyimə "stop" ola bilməz. Beynimdə təkcə şəxsi həyatla bağlı yox, eləcə də karyeramla bağlı özümə ikinci nəfəs istəyirəm. Hər dəfə "refresh" və yenidən başlayıram.
- Yaxşı, bəs stimulu nədən, kimdən alırsınız?
- Sənə bir söz deyim. Keçən il hiss etdim ki, məni ayaq üstə saxlayan gücüm məni tərk edir. Çünki planlaşdırdığım hər şeyi reallaşdırmışdım. Düşündüm və bu nəticəyə gəldim ki, yeni nəfəslə nələrsə edə bilərəm. Məqsədə ehtiyacım var idi. Əsas hədəfi müəyyən etməkdi. Sonra güc insanı özü tapacaq.
- Sualımı daha da konkretləşdirim, hal-hazırda həyatınızda biri var ?
- Yox.
- İnanaq?
- Əlbəttə.
- Hal-hazırda işsizsiniz?
- Bəli.
- İşsizliyiniz şəxsi həyatınıza nə dərəcədə təsir edir?
- (gülür) İşsizliyim şəxsi həyatımın gedişatına heç bir təsir etmir.
- Madii sıxıntılarınız olmur?
-Yox. Hər şey qaydasında gedir.
- Keçək qızınıza. Qızınızı niyə mətbuatdan gizlətməyə çalışırsınız?
Utanır ya siz istəmirsiniz?
- Bilinir?
- Aha.
- Özü istəmir. Adicə evdə şəkil çəkdiririksə, deyir ki, sosial şəbəkəyə qoyma. Şəkli saytlar götürür, dəxilsiz kommentlər də ona pis təsir edir. Ona görə özü icazə vermir.
- Həmin şərhlər sizi narahat edir?
- Məni heç narahat etmir. Qızıma da deyirəm ki, möhkəm ol, sən belə şeylərə alışmalısan. O da deyir ki, mən alışmaq istəmirəm, şou sahəsindən də zəhləm gedir. Hətta bir neçə dəfə mənə zəng edib zülm-zülm ağlayır ki, yenə mənim şəklimi qoyublar. Zəng eləmişəm həmin saytın rəhbərinə, xahiş etmişəm, siliblər.
- İstəyərdinizmi ki, o da aparıcı olsun?
- Mən istəmərəm ki, qızım Azərbaycanda ya müğənni, ya aparıcı olsun. Uzaq... Onun həvəsi başqadı. Həkim olmaq istəyir. Çünki baxıb görür ki, Azərbaycanda həkimlərin əlində çox adam ölür, o da həmin insanları xilas etmək istəyir.
- Neçə yaşı var ?
- 15.
- Həyatda ən çox qorxduğunuz şey nədir?
- Tənhalıq.
- Amma bayaq dediniz ki, təkəm.
- Yox. Elə tənhalıq yox. Ən çox qorxuram ki, hər hansı hərəkətim olsun ki, evimdəkilər məndən üz döndərsin. Sözsüz ki, anam, balam məndən həyatı boyu üz döndərməz. Nə olusa-olsun onlar mənə üz çevirməz. Amma onların mənə görə pis olmaqlarına dözə bilmərəm. Əgər o gün mənə nəsib olacaqsa, o günü Allah mənə göstərməsin, canımı alsın. Bircə ailəm məndən üz döndərməsin.
- Elə bir hərəkətiniz ola bilərmi ki, onlar sizdən üz döndərsin?
- Yox. Bizim ailədə nə edirsən et, ailən arxanda dayanacaq. Mən özüm nə səhv etsəm də, anam qaya kimi arxamda durub. Ailənin içində müzakirə olunur, həll olunur. Ancaq ətrafdakılar üçün Ülviranın ailəsi qüsursuz görünməlidir.
- Ülviranı həyatda nə təəccübləndirə bilər?
- Sədaqət.
- Çox az insanlarda sədaqət anlayışını görmüsünüz ?
- Bəli. (susur-red). Hər şey nisbidir. Sədaqət çox nadir hallarda tapılan bir şeydi. Demək olar ki, tapılmayan bir şeydi.
- Çoxmu xəyanət görmüsünüz?
- Əslində yox. O həddə gəlib, çıxmayıb. Xəyanətin iyi gələndə mən qaçmışam. Bilmişəm ki, xəyanət olacaq aradan çıxmışam.
- Ülvira necə qadındı?
- Hikkəli, istədiyindən əl çəkməyən, çətin xasiyyətli insanam, mənlə yola getmək asan deyil.
- Düşmənləriniz çoxmudur?
- Mənim düşmənim yoxdur. Çünki mən düşməni tanıyan insanlardan deyiləm. Kimlərsə mane olur.
Haqqımda xoş düşünmür. Bu da təbiidir. Hər kəs məni bəyənə bilməz, sevə bilməz. Amma onlara düşmən də deyə bilmərəm. Bu, düzgün çıxmaz.
- Çox maraqlı bir hal var. Nə vaxt Ülvira haqqında yazırıq, çox oxunur, amma gələn şərhlər dəhşətli olur. Mən hələ anlamıram sizi sevənlər çoxdu, ya qınamaq üçün yazını oxuyanlar?
- (gülür-red) Tamaşaçının gördüyü Ülvira mən deyiləm. Bir xasiyyətim balacalığımdan bu günə kimi nə real həyatda, nə televiziyada dəyişməyib. Sözün düzünü demək. Bu dəyişilməzdi yerindən, məkanından aslı olmayaraq...Dəyişilməyəcək də. Amma qıcıq olanlar var. Kim nəyə qıcıq olur bilmirəm. Hər kəs bir şeyə əsəbləşir. Adi oxucu qazandığım uğuru qəbul etmir. Kimsə etdiyim hərəkətləri mənə yaraşdırmır. Hər insanı çərçivəyə salmaq olmaz.
- 2 dəfə ailə həyatı qurdunuz. Uğursuz alındı. Səhv kimdə idi?
- O ailəni qurduğum üçün elə səhv məndə olub. Onları eləməməliydim.
- Nə vadar etdi sizi bəs?
- Türklərin bir sözü var, boş bulundum. Hərdən olur...
- Əsl sevgi yaşamısınız. O deyirlər e, əsl sevgi bir dəfə olur, filan. Sizcə, nə dərəcədə düzdü?
- Boş sözlərdi. Sevgi bir dəfə olmur. Qovuşmayanda sevənlər və ya qarşı tərəfi kölgədə qoyan biri olmayanda sevgi bir dəfə ola bilər. Ancaq sevgi də formasını dəyişir. Həyatda hər şey "refresh" olur. Sevgi kimi... Sevgisiz insanın içi daş olur. Gərək daima içində bir şey yaşadasan.
- O zaman belə çıxır ki, sevgiləriniz davamlı olub?
- Elə deməzdim. Sadəcə, hər şeydən zövq almağa çalışıram.
- Sonra da deyirsiniz ki, təkəm.
- (gülür) Təkəm axı.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38