Tanınmış azərbaycanlı teleaparıcı: "Gözümdə hələ də qorxu qalıb"
07:39 14-07-2014
ŞOU
Tanınmış azərbaycanlı teleaparıcı: "Gözümdə hələ də qorxu qalıb"
Tanınmış teleaparıcı Zemfira Adıgözəlovanın müsahibəsi.
- Zemfira xanım, çoxdandır ki, efirlərdən uzaq qalmısınız. Nə yeniliklər olub bu müddət ərzində?
- Yeni layihələr üzərində işləyirəm. Tamaşaçıları yaxın zamanda sürprizlərlə sevindirəcəm.
- Keçən yay Türkiyədə çəkilən bir filmə dəvət aldığınızı demişdiniz. Necə oldu onun aqibəti?
- Bəli, orada çəkilən bir filmin sınaq çəkilişlərinə dəvət almışdım, lakin getmədim.
- Niyə getmədiniz?
- Çünki düşündüm ki, filmin çəkilişləri üçün bir müddət orada qalmalıyam. Bu da mənim buradakı layihələrimi müəyyən qədər axsada bilərdi. Ona görə də imtina etdim. Amma bəlkə, bundan sonra xarici ölkələrdə nə isə həyata keçirtdim.
- Bəs bizdə çəkilən seriallardan necə, dəvətlər almısınız?
- Almışam, amma onlardan da imtina etmişəm.
- Səbəb nə olub?
- Nə ssenari, nə də serialın heyəti məni qane edib.
- Ümumiyyətlə, aparıcılıqdan savayı özünüzü hansı sahədə sınamaq istəmisiniz?
- Əslində, ixtisasım rejissorluqdur. Rejissor özü ilk növbədə aktyor deməkdir. İstərdim ki, aktrisa kimi bir filmə çəkilim. Amma keyfiyyətli bir filmə.
- Məsələn, nəzərə alsaq ki, komplekssizsiniz və cəsarətlisiniz... Buna görə yataq səhnələrinə çəkilərdiniz?
- Bu artıq ssenarinin tələblərinə və çərçivəyə baxır. Çünki Azərbaycanda yaşadığımız üçün müəyyən bir çərçivə olmalıdır, təbii ki... Lazım olsa, çərçivədən çıxmamaq şərti ilə çəkilərəm.
- Bəs özünüz film çəkmək barədə düşünmürsünüz?
- Heç vaxt düşünməmişəm. Çünki bu, olduqca çətin və məsuliyyətli bir işdir.
- Çoxları belə düşünürlər ki, sizin həyat yoldaşınız yoxdur, yaxud da ayrılmısınız. Bütün bu ehtimalları darmadağın etmək üçün optimal bir variantdan istifadə etmək fikriniz yoxdur?
- Kiməsə nəyisə sübut etmək niyyətində deyiləm. Mən heç kimin şəxsi həyatına qarışmıramsa, mənim də həyatıma heç kim qarışmasın.
- Sizi son zamanlar dəngəsər edən nədir?
- Məni bezdirən bu tip suallardır - "Niyə efirdə görünmürsünüz?", "Niyə verilişiniz yoxdur?", " Siz haradasınız və nə işlə məşğul olursunuz?" və s.
- Yeri gəlmişkən, möhtəşəm bir gecə verilişi ilə efirə çıxacağınızı demişdiniz. Fikrinizdən daşındınız, yoxsa hələ yubanır?
- Xeyr, fikrimdən daşınmamışam. Sadəcə olaraq indi dincəlməyə ehtiyacım var. Bütün planlarımı payıza saxlamışam. İstəyirəm ki, bütün işlərimi birdən görüm. Ona görə də indi enerji yığmaqla məşğulam (gülür).
- Sizcə, tamaşaçının sizə nə dərəcədə ehtiyacı var?
- Son zamanlar hiss edirəm ki, doğrudan da mənə ehtiyac var.
- Sizi necə görmək istəyirlər, açıq-saçıq geyimdə, yoxsa üzünüz üçün darıxıblar?
- Hər bir formada mənim üçün darıxdıqlarını bildirirlər. Bu məni çox sevindirir.
- Yoxluğunuzdan istifadə edənlər var?
- Təbii ki, var... İtlər elə bilirlər ki, atlar ölüb, ona görə də bayram edirlər.
- Alla Kuşniri Bakıya tez-tez gətirirsiniz... Niyə məhz rəqqasə? Səbəb nədir?
- Çoxları bilmirlər ki, mən uzun müddət bal rəqsləri ilə məşğul olmuşam. Lakin sonralar bu peşənin ardınca getmədim. Başım universitetə qarışdı. Bakıda əcnəbi rəqqasələrin konsertlərini tez-tez təşkil etməyim məhz bu sahəyə olan marağımdan irəli gəlir.
- Çəkiniz artıb, yoxsa azalıb?
- 6-7 kiloqram çəki almışam. Bu da, yəqin ki, avtomobildən çox istifadə etdiyim üçündür.
- Düşdüyünüz qəzadan sonra nə qənaətə gəlmisiniz?
- Gözümdə hələ də qorxu qalıb...
- Yeni mövsümə yeni imicdə çıxacaqsınız, yoxsa dəyişiklik olmayacaq?
- Hələ ki, bir dəyişiklik etmək fikrim yoxdur. Öz imicimdə qalmaq niyyətindəyəm. Ən azından hələ bir müddət eyni görkəmdə qalmağı düşünürəm.
Digər Xəbərlər
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40
2024-12-20 23:03:04
2024-12-20 19:31:02
2024-12-20 18:31:19
2024-12-20 13:49:17
2024-12-19 23:51:10